Page 47 - Islamic Studies 01
P. 47
,
46) / İSLAM ARAŞDIRMALARI JURNALI Birinci il, birinci buraxılış, (payız-qış/2022)
Valideynlərinin nikahının pozulması və ya valideynlərin ayrı
yaşamağı uşağın hüquqlarına təsir etməməlidir.
Bu və ya digər mühüm tərbiyəvi məsələlər islam qaynaqlarının
əsası olan Qurani-Kərimdə yer almış, uşaqlar üçün hüquqlar
təyin edilmiş və onlara riayət olunması təkidlə vurğulanmışdır.
Açar sözlər: Quran, uşaq, hüquq, islam, valideyn, tərbiyə,
təlim
Müqəddim
İslam dini və şəriəti insanlara dünya və axirət səadəti bəxş
etmək və cəmiyyətin əmin-amanlığı üçün gəlmişdir. Uşaqlar
da cəmiyyətin bir parçasıdır. Sağlam cəmiyyətin təməlində
məhz doğru-düzgün tərbiyə edilmiş övladlar durur.
Mükəmməl və hərtərəfli tərbiyə sisteminə malik olan İslam
dinində uşaq tərbiyəsinin mərhələləri kamil şəkildə öz əksini
tapmışdır. İslam təlim-tərbiyə sistemini öyrənmək üçün təbii
ki, dinimizin müqəddəs kitabına müraciət edib uşaq hüququ
haqda bəhs edən surə və ayələri araşdırmalı və bu xüsusda
məsumların kəlamına, görkəmli Quran müfəssirlərinin
qiymətli əsərlərinə istinad edilməlidir.
Quranda uşaq hüququ
Din insanın dünya və axirət xoşbəxtliyi üçün İlahi bir
proqramdır. İslam dininin əsasları öz təcəssümünü əzəmətli
Quranda tapmışdır. Belə ki, burada əqidə, ibadətlər, əxlaq və
şəriət məsələləri ilə bağlı hökmlər müsəlmanların din və
dünya işlərini tənzimləyir. İslam mədəniyyəti, elmləri, hüququ,
incəsənəti Quranın gətirdiyi mənəvi dəyərlərdən
qidalanmışdır. Bu elə bir kitabdır ki, orada insanı düşündürən
bütün problemlərin həllini bu və ya digər şəkildə tapmaq
mümkündür. Bu cəhətdən gələcəyi təmin edən uşaqların