Page 83 - Islamic Studies 01
P. 83

,
               82) / İSLAM ARAŞDIRMALARI JURNALI  Birinci il, birinci buraxılış, (payız-qış/2022)
               İslamda milli vəhdət və birlik İlahi vəhyin ən gözəl gətirdiyi
               məsələlərdəndir.  Qurani-  Kərim  vəhdətin  isbat  olunması  və
               ona hamının əməl etməsindən savayı bölünmənin ziyanları və
               mənfi təsirləri barəsində də sözlər söyləmişdir.
               Milli  birlik  barəsində  Allah-Taalanın  kəlamı  belədir:  "Və
               hamılıqla  Allahın  ipindən  (dindən,  kitabdan  və  vəhyi
               gətirənlərdən) möhkəm yapışın və parçalanmayın. Allahın

               sizin  barənizdə  bir-birinizlə  düşmən  ikən  qəlbləriniz
               arasında ülfət yaratdığı zamandakı nemətini xatırlayın ki,
               Onun  neməti  sayəsində  bir-birinizlə  qardaş  oldunuz.
               Həmçinin  siz  od  uçurumunun  astanasında  idiniz,  sizi
               ondan  xilas  etdi.  Allah  Öz  (tovhid,  qüdrət  və  hikmət)
               nişanələrini sizin üçün bu cür bəyan edir ki, bəlkə hidayət
                          1
               olasınız."
               Həzrət  Əli  (ə)  Qurani-Kərimin  ədalətinə  sahib  olduğundan  o
               da  milli  birlik  və  ittifaqı  ağlın,  ixtilafları  isə  nəfsin  məhsulu
               olduğunu  hesab  edir.  Necə  ki,  Qurani-Kərim  ağılsızlığın
               nəticəsini  bölünmələr  olduğunu  hesab  edir.  Əmirəlmöminin
               Əli  (ə)  də  ağlın  və  qəlbin  çirkinliyini  bölünmənin  əsası
               olduğunu qəbul edərək, buyurur: "Siz "Həqiqətən, möminlər
               qardaşdırlar" ayəsi olan Allahın kəlamına söykənsəniz heç
               bir çirkinlik sizin ixtilafınıza səbəb ola bilməz. Yəni, yadlar
               sizin aranızda parçalanma yaradır və sizə hakim olurlarsa
               yalnız  öz  aranızda  olan  fəsadlardan  istifadə  edirlər.
               Qəlbləriniz  güclü  və  möhkəm  olarsa  İslam  qurluşunda
               bölünməyə heç bir zaman şərait yarana bilməz." .
                                                                         2
               İslam  nöqteyi  nəzərində  təhlükəsizlik,  sağlam  həyat  üçün  ən
               birinci  və  əsas  şərtdir.  Bunun  üçün  də,  Həzrəti  İbrahim  (ə),
               Kəbəni tikərkən Allahdan istədiyi ilk şey, təhlükəsizlik neməti
               idi:  "Və  (yada  sal)  o  zaman(ı)  ki,  İbrahim  dedi:  "Ey


               1. Ali-İmran surəsi, ayə 103
               2.Nəhcül bəlağə, məktub 113, bənd 7
   78   79   80   81   82   83   84   85   86   87   88