Page 78 - Islamic Studies 01
P. 78
İslamda ailə / (77
İmamların (ə) hədislərin öyrənmək dünya və axirət həyatının
həqiqətlərini aşkar etməkdə, Cənnətə gedən yolda möminlərə
kömək olacaq. Islam bu dünyada insanlara düzgün yol
seçməkdə kömək edir. İnsanlara həyat çətinliklərini və ölüm
qorxusunu aradan qaldırmaq üçün daha yaxşı yol seçimi
etməkdə bilik verən və axirət aləminə onun nə gözlədiyini
öyrədən dindir.
Nahaq yerə adam öldürməyin böyük (kəbirə) günah olmasının
dəlili Peyğəmbər(s) və İmamlarımızdan (ə) nəql olunan
hədislərdir. Bundan əlavə nahaq yerə adam öldürmək Qurani-
Kərimdə aşkar şəkildə əzab vədəsi verdiyi günahlardan biridir.
Qurani-Kərim buyurur: "Kim bir mömini qəsdən öldürsə (və
bu əməli halal hesab etsə), onun cəzası cəhənnəmdir ki,
orada əbədi qalacaqdır. Həmçinin Allah ona qəzəb edər,
onu Öz rəhmətindən uzaqlaşdırar və onun üçün böyük bir
1
əzab hazırlayar". Ayədə mömin şəxsi öldürənlər cəhənnəm,
orada əbədi qalmaq, Allahın qəzəbi, lənət və böyük əzab
gözləyir.
İslam şəriətinə görə müsəlmanın malı və qanı toxunulmazdır.
Həccətül-vidada Peyğəmbərimiz(s) buyurdu: "Ey insanlar!
Müsəlmanın qanını axıtmaq halal deyildir. Həmçinin
malını da aparmaq caiz deyildir, yalnız o zaman caiz olar
ki, özü razı olsun. Belə isə özünüzə zülm etməyin, məndən
2
sonra küfrə, kafirliyə qayıtmayın."
İslam baxımından insan həyatı toxunulmazdır. Müsəlman öz
həyatını və digər insanların həyatını dəyərləndirməlidir. Heç
bir səbəb olmadan insanı həyatdan məhrum etmək insanlığa
qarşı qətl kimi qiymətləndirilir.
1.Ən-Nisa surəsi, ayə 93
2. Böyük günahlar, c. 1, səh. 171