Page 80 - Islamic Studies 01
P. 80

İslamda ailə / (79


               da  bizim  peyğəmbərlərimiz  onlar  (İsrail  övladları)  üçün
               aydın dəlillər gətirdilər, sonra onların çoxu onun ardınca
               yer  üzündə  həddən  artıq  fəsad  və  qan  tökməyə
                             1
               başladılar.”
               Göründüyü  kimi,  günahsız  bir  insanı  öldürən  şəxs  bütün
               insanları öldürmüş qədər günah qazanır. Bu halda terrorçuların
               törətdiyi cinayətin, soyqırımın, intihar hücumlarının nə qədər
               böyük  günah  olduğu  açıq-aydındır.  Allah  terrorun  axirətdəki
               “mükafatı”nın  nə  olacağını  belə  bildirir:“(Cəza  və  tənbeh)
               yol(u)  yalnız  insanlara  zülm  edən  və  yer  üzündə  haqsız
               yerə  hökmranlıq  və  fəsad  axtaran  kəslərə  qarşıdır
               (belələrinə  qarşı  açıqdır).  Onlar  üçün  ağırılı  bir  əzab
                         2
               vardır.”
               İslam  ağıl  və  məntiq  dinidir.  İslam  dini  öz  ardıcıllarını  da
               doğru  yola  və  həqiqətə  qovuşmaq  üçün  həmişə  sevgiyə,
               düşüncə  və  təfəkkürə  dəvət  edir,  insaniyyətə  qarşı  olan
               hərəkətlərdən çəkindirir. Bütün tarix boyunca bəşəriyyət istər
               fərdi,  istərsə  də  ictimai  formada  mübarizəsi  insan  nəslinin
               qırılmasına,  maddi-mənəvi  dəyərlərin  tapdalanmasına  gətirib
               çıxartmış, insanın kamala yetişməsinə sədd çəkmişdir. Qurani-
               Kərimin bir çox ayələrində bu həqiqət açıqlanmışdır.













               1.Əl-Maidə surəsi, ayə 32
               2.Əş-Şura surəsi, ayə 42
   75   76   77   78   79   80   81   82   83   84   85