Page 81 - Islamic Studies 01
P. 81

,
               80) / İSLAM ARAŞDIRMALARI JURNALI  Birinci il, birinci buraxılış, (payız-qış/2022)
               Nəticə
               İslam  bir  millətin  və  ya  cəmiyyətin  mövcudiyyətini  təhlükə
               altına qoyan, onu məhv eyməyə çalışan qüvvəyə qarşı, özünü
               müdafiə  məqsədi  ilə  döyüşməyi  məqbul  sayır.  Hətta  bəzi
               vaxtlarda  bunun  məcburi  olduğunu  bildirir.  Çünki  əgər  qarşı
               tərəf müsəlmanın həyatını, malını, dinini, namusunu, torpağını
               təcavüzə  məruz  qoyursa,  onunla  üz-üzə  gəlib,  hesablaşmaq

               artıq  dini  anlamda  vacib  hesab  edilir.  Müsəlmanın  həyatını,
               dinini sərbəst yaşaması üçün hikmət və öyüdə duyduğu ehtiyac
               qədər,  təcavüz  edən  düşmənin  qarşısına  çıxan  orduya  da
               ehtiyacı  vardır.  Ümumiyyətlə  İslama  görə  zülmə,  xəyanətə,
               haqsızlığa  məruz  qalan  kimsəsizin  köməyinə  yetişmək  üçün
               silahdan istifadə etməyə icazə verilir. İslamın ilk dövrlərində
               aparılan     müharibələr      əsasən     özünümüdafiə        xarakteri
               daşımışdır.
               İslama  görə,  insan  hər  şeydən  əvvəl  yaşamaq  hüququna
               malikdir. İnsan həyatı müqəddəs və toxunulmazdır. Bu həyat
               insana  Allah  tərəfindən  bəxş  edilmişdir  və  Allahın  iradəsi
               olmadan ona heç kim qəsd edə bilməz.
               İnsanın  vətəndaşlıq  haqları  vardır.  O  özünü  müdafiə  etmək,
               sağlamlığını qorumaq, ailə qurmaq, nəslini artırmaq, uşaqlarını
               böyüdüb  tərbiyə  etmək,  məhkəməyə  müraciət  etmək
               hüquqlarına malikdir.
               İnsanın  azadlıq  hüququ  vardır  və  bu  hüquq  təbii  hüquqdur.
               İnsan  azad  yaradılmışdır  və  onun  azad  yaşamaq  hüququna
               qəsd edilməməlidir. İnsan Quranda heç bir insanın qulu kimi
               vəsf edilmir, o yalnız Allaha qulluq bəndəlik edir. İnsanın öz
               vətənində, xalqın öz yurdunda azad yaşamaq hüququ vardır və
               əgər  bu  hüquqa  təcavüz  edilirsə,  insan  da,  xalq  da  özünü
               müdafiəyə qalxmalıdır.
   76   77   78   79   80   81   82   83   84   85   86