Page 88 - Islamic Studies 01
P. 88
Fitrətin insanın fərdi və ictimai həyatındakı rolu
(Mürtəza Mütəhhərinin baxışında)
Anar İmanzadə
1
Açar sözlər: Fitrət, tövhid, mərifət, məhəbbət, vilayət, eşq,
Mütəhhəri.
Abstrakt
Fitrətə yönəlməməyin və fitrət qanunları əsasında
yaşamamağın nəticəsidir ki, bu gün bir çox insanlar uçuruma
yuvarlanırlar. Cəmiyyətdə görülən bütün problemlər, məhz
fitrətə yönəlməmək və fitrət qanunu əsasında yaşamamağa
qayıdır. Təkcə qurtuluş yolu isə “özə dönüş”dür. “Özə dönüş”
başqa bir aləmə, fitrət aləminə daxil olmaqdır. Bununla insan
həqiqətini, qabiliyyətini görür, digər canlılardan fərqini bilir və
ömrünü bihudə işlərdə keçirməkdən xilas edir.
“Dinin əvvəli Onu tanımaqdır. Allahı tanımağın kamalı Onu
təsdiqləyib Ona tərəf yönəlməkdir. Təsdiq etməyin kamalı
Onu bir bilməkdir. Tövhidin kamalı əməlləri Onun üçün xalis
etməkdir. İxlasın kamalı Onun zatına əlavə olunmuş sifətin
təsəvvür edilməməsidir”. 2
Hər bir insan bir nizama, dinə əsasən öz həyatını tənzimləyir.
İslam dinini qəbul edən isə həyatını İslam nizamı (dini)
üzərində qurur. Bunun da əvvəli və əsası Allahı tanımaqdır
(mərifətullahdır). Bəs Allahı necə tanıya bilərik? Fitrətin bu
tanımada rolu və təsiri varmı? Allah-taalanın yardımı ilə bu
1 İslam Araşdırmaları fakültəsinin məzunu, İslam Araşdırmaları institutu, Əl-
.
Mustafa Beynəlxalq Virtual Universiteti, Qum, İran.
2. “Nəhcül-Bəlağə”, 1-ci xütbə.