Page 11 - Islamic Studies 02
P. 11

Modern cahiliyyət ilə mübarizə metodları

                                  1
               Nəcməddin Talıbzadə

               Abatrakt
               Cahiliyyət  elm  sözünün  antonimidir.  Ərəblər  islamdan  əvvəl
               cəhalət  və  çaşqınlıq  içində  olduqlarından  həmin  dövrə
               cahiliyyə deyilir. Bəzilərinin fikrincə cahiliyyət iki Peyğəmbər
               (ə.s) arasındakı dövrdəki boşluqdan irəli gələn fəsadların yəni
               küfrün  çox  olduğu  dövrə  deyilir.  Bəziləri  isə  həzrəti
               Peyğəmbərin  (s)  doğum  tarixi  ilə  məbəs  arasındakı  dövrü
               cahiliyyə  adlandırır.  İkinci  cahiliyyətin  mühüm  əlamətləri
               bundan  ibarətdir  ki,  yeni  Allah,  yeni  əxlaq  və  yeni  insan
               təqdim  etməklə  modern  cahiliyyət  yarandı.  Son  ərslərdə
               insanın əldə etdiyi  nəhəng elmi nailiyyətlərə rəğmən cahiliyyə
               sözünü  müasir  insana  şamil  etmək  olar,  ya  olmaz?  Modern
               cahiliyyə nədir? Qurani-Kərimin təbiri ilə müasir və ya ikinci
               cahiliyyə  nədir?  Dövrümüzdə  müasir  cahiliyyənin  əlamətləri
               hansılardır?  Qurani-Kərim,  şiə  və  əhli-sünnə  mənbələrinin
               hədis  və  rəvayətlərinə  görə  cahiliyyə  nədir?  Bunların
               hamısının izahı dissertasiya işinin elmi yeniliyi eyni zamanda
               onun  yerli  materiallara  əsaslanmasından  və  bu  materialların
               sosioloji-fəlsəfi,    sosial-siyasi     və    hüquqi      problemlərə
               söykənməsi əsasında təhlil edilməsindən ibarətdir

              Açar sözlər: Cahiliyyət, ilk cahiliyyət (ula), modern cahiliyyət,
              ağıl, elm

               1. İslam Araşdırmaları fakültəsinin məzunu, İslam Araşdırmaları institutu, Əl-
               Mustafa Beynəlxalq Virtual Universiteti, Qum, İran.
   6   7   8   9   10   11   12   13   14   15   16