Page 14 - Islamic Studies 02
P. 14

12) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)

                 “O zaman ki, şənbə günü həddi (balıq ovunun haram olması
               hökmünü)  aşırdılar. Beləliklə, elə ki, çəkindirildikləri  şeydən
               boyun  qaçırdılar,  onlara  “meymunlar  və  qovulmuşlar  olun!”
                       1
               dedik”.
                  Və  cəmiyyətdə  cəhalətin  rəvac  tapmasının  digər  bir  səbəbi
               dindarların  rəftarıdır.  Dindarların  dinə  ciddi  yanaşmadığını
               görən  insanlar  cəhalətə  düçar  olur.  Həqiqətən  insanlar

               peyğəmbərlər  (ə.s)  və  kitablardan  təlim-tərbiyə  almaqla,
               təkamül yolunda irəliləyirlər. “Onları Bizim əmrimizlə doğru
               yola  yönəldən  rəhbərlər  etdik  və  onlara  xeyir  işlər  görməyi,
               namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə
               ibadət edirdilər”. 2
                     Həzrəti imam Sadiq (ə.s) öz səhabələrindən olan Səmaəyə
               buyurur:  “Əql  və  onun  qoşununu  tanı.  Eləcə  də  (cəhalət)  və
               onun növlərini”.   3
                   Bu hədisdən nəticə çıxarmaq olar ki, nadanlıq, dünya malına
               hərislik, xəyanət, sələm yemək, pozğunluq, hiylə, lovğalıq, ata
               və ananı incitmək, əhdə vəfa qılmamaq, səbirsizlik, düşmənlə
               cihad  etməkdən  boyun  qaçırmaq,  yüngüllük,  kin  saxlamaq,
               düşmənçilik  etmək  və  s.  kimi  çirkin  xüsusiyyətlər  böyük
               günahlara səbəb olur.
                  Sonra o həzrət buyurdu: “Nadan dindar şəxs insanı özünün
               yalançı zahidliyi ilə aldadır. Dinsiz alim isə insanı özünə cəzb
                     4
               edir”.
                  Yenə o həzrət bir hədisdə buyurur: “Nadan şəxs ya həddini
               aşar  (ifrata  varar),  ya  da  həddindən  az  iş  görər  (təfrit  edər)
               (yəni  nadan  şəxs  normal  şəxsiyyətə  malik  deyildir)”.
               İmam  Əli  (ə)  başqa  bir  hədisdə  nadan  şəxslərdən



               1Əraf, 163/166.
               2Ənbiya, 73.
               3Üsuli-kafi, ci. 1, səh. 21.
               4Qisarul-cəməl, c.1,  səh. 127.
   9   10   11   12   13   14   15   16   17   18   19