Page 13 - Islamic Studies 02
P. 13
Modern cahiliyyət ilə mübarizə metodları/ (11
Bəlkə də buna görə Allah (c.c) buyurur: “Həqiqətən, biz adəm
1
övladını kəramətli etdik”.
Bu “kəramət” insana yalnız onun əqli sayəsində nəsib
olmuşdur. Elə buna görə də həzrəti əmirəl-möminin Əli (ə.s)
buyurur: “Ay Allah, o kəsə ki, əql vermisən, daha nə
verməmisən və o kəsə ki, əql verməmisən, daha nə vermisən
?”
Əql kimi qiymətli və şərafətli bu gövhərə sahib olan insan bu
gövhərdən şərr işlər üçün istifadə edirsə, onun törətdiyi
cinayəti və günahı təsəvvür etmək çətin deyil.
Cəmiyyətin cəhalət bəlasının qarşısının alınması yolları
Qədim dünya tarixində aparılmış araşdırmalarda müxtəlif
dinlər və etiqadlarla rastlaşırıq. Bu fakt bir daha insanların
allahpərəst fitrətə malik olduğunu təsdiq edir. Amma fitri
suallarına doğru cavab tapmayanlar təbii olaraq yanlış inanclar
ardınca gedirf.
Amma peyğəmbərlərin (ə.s) buyuruqlarına da min bir rəng
verməklə cəhalətə sürüklənənlər az deyil. Əksər cəmiyyətlərdə
insanları ardıcıl şəkildə doğru yola çağıranların olmasına
baxmayaraq digər bir qrup daim cəhaləti dəstəkləmiş və onun
aradan qaldırılmasına mane olmuşdur. Qurani-Kərimdə dini
oyuncağa çevirənlər haqqında kifayət qədər danışılıb. Şənbə
günləri balıq ovu haram edilmişdi. Bir Bəni-İsrail tayfası
həmin qazancı əldən verməmək üçün dənizin kənarında
hovuzlar düzəltmişdi. Şənbə günləri bu hovuzların dənizə olan
yolunu açardılar ki, balıqlar hovuza dolsun. Növbəti gün gəlib
həmin balıqları tutardılar. Allah-təala bu tayfanı oyunbazlığına
görə cəzalandırardı:
1. İsra, 70.