Page 12 - Islamic Studies 02
P. 12
10) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)
Giriş
“Ağıl və hidayət” mövzusu, səmavi kitablarda (“Zəbur”,
“Tövrat”, “İncil” və “Qurani-Kərim”də) və müxtəlif dövrlərin
peyğəmbərləri (ə.s), həvariləri, Əhli-beyti (ə.s), səhabələri,
alimləri və tədqiqatçılarının fikirlərində, əsərlərində öz əksini
tapıb. Nəzərə alsaq ki, mövzunun tarixi nöqteyi-nəzərindən
mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq, ictimai cəhalət
bəlasına həsr edilən elmi-tədqiqat işləri ciddi şəkildə
işlənməyib.
İslamda ağılın höccət və dəlil olması; Həzrəti Rəsulullah (s)
buyurub: “Dünya və axirət xeyiri elmlə, şərri isə
1
cahilliklədir”.
Biz islami mənbələrdə heç dində rastlaşmadığımız bir şeylə-
ağılın fövqəladə etibarlı bir sənəd kimi qiymətləndirilməsi ilə
qarşılaşırıq. Bu barədə islami mətnlərdə (Quran və hədislərdə)
yüksək mənalı sözlər söylənilmişdir. Qurani-Kərim ağılın
etibarlı bir sənəd olduğunu aşağıdakı formada bəyan etmişdir.
İnsanın ali xislətləri əqldir; Rəsuli-əkrəm (s) buyurmuşdur:
“Ümmətimin arasında bidətlər üzə çıxdığı zaman alim elmini
aşkar etməlidir (bidətləri ifşa etməlidir). Bu işi görməzsə,
2
Allahın lənəti ona olsun”.
Bu zaman əql səcdəyə düşdü və min il səcdədə qaldı. Allah-
təala əmr elədi: Başını qaldır! Məndən sual et, istə, sənə əta
qılım; şəfaət elə; şəfaət olun! Əql başını qaldırıb dedi: “İlahi
səndən istəyirəm ki, mənə şəfaət edəsən o kəs xatirinə ki, məni
ona görə yaratmısan”. “Allah-Təala mələklərə buyudu: Şahid
olun, Mən ona şəfaət etdim o kəsə görə ki, Mən onu
yaratmışam”.
Əql barəsində söylənən bu hədisdən məlum olur ki, uca
Allahın yaratdığı əvvəlinci, həm də ən qiymətli şey əqldir.
Biharul-ənvar, c.70,hədis.31,səh.292.
2 Üsuli-kafi, c. 1, səh. 54.