Page 16 - Islamic Studies 02
P. 16

14) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)

               Bizi tanıyan, şübhəsiz, Allahı tanımış və bizi inkar edən isə,
               şübhəsiz, Allah-Taalanı inkar etmişdir”.     1
                  Yenə  peyğəmbəri-əkrəm  (s)  buyurur:  “Zirək  (və  ayıq)  o
               kəsdir  ki,  nəfsinə  qarşı  çıxıb  ölümdən  sonra  üçün  çalışsın.
               Nadan  o  kəsdir  ki,  nəfsinə  tabe  olub  Allaha  əsassız  ümid
               bağlasın”. 2
                 Yuxarıda qeyd olunan ayə və hədislərdən belə məlum olur ki,

               peyğəmbərlər (ə.s) və asimani kitablar yalnız imanlı insanlar
               üçün təsirli ola bilər.
                 Ağıl  qüvvəsi  məsələlərin  mahiyyətini,  hiylə  və  qavrama
               qüvvəsi isə xırdalıqlarını dərk edir. Ağıl qüvvəsi ilə hiylə və
               qavrama qüvvəsi məsələləri dərk etməyə yönəlmişdir. Sadəcə
               olaraq  birincisi  məsələlərin  mahiyyətini,  əsasını,  ikincisi  isə
               xırdalıqları, incəlikləri dərk edə bilir. İnsandan baş verən bütün
               əməllər  cüzi  işlər  olduğuna  görə  onların  hamısının  mənbəyi
               hiylə  və  qavrama  qüvvəsidir.  Buna  görə  də  birinci  qüvvəyə
               nəzəri  ağıl,  ikinciyə  isə  əməli  ağıl  deyilir.  Qəzəb  və  şəhvət
               qüvvələri  isə  bədəni  təhrik  edib  hərəkətə  gətirir.  Qəzəb
               qüvvəsi, bədəni insanı narahat edəcək işləri dəf etməyə, şəhvət
               qüvvəsi  də  cism  üçün  uyğun  olan,  cismə  xoş  gələn  işləri
               həyata keçirməyə təhrik edir. Ağıl qüvvəsinin digər qüvvələri
               üstələyəcəyi təqdirdə  sair qüvvələrin  də  işləri  məqsədəuyğun
               olub insanın yaradılışındakı əsas məqsədə yönələcək. Nəticədə
               qüvvələrin  hər  biri  paklaşaraq  özünəməxsus  fəzilətə
               yiyələnəcək.  Nəzəri  ağıl  qüvvəsinin  saflaşması  nəticəsində
               hikmət,  əməli  ağıl  qüvvəsinin  saflaşması  nəticəsində  ədalət,
               qəzəb  qüvvəsinin  saflaşması  nəticəsində  şücaət,  şəhvət
               qüvvəsinin  saflaşması  nəticəsində  də  iffət  sifətləri  meydana
               gələcək. Bütün bəyənilən sifətlərin əsası məhz bu dörd sifətdir.


               1əl-Əmali, Şeyx Səduq r.ə, səh.523, hədis 6.
               2Məcmueyi-vərram, c.1, səh. 243.
   11   12   13   14   15   16   17   18   19   20   21