Page 217 - Islamic Studies 02
P. 217
Yasin surəsinin fəzilətinə bir baxış./ (215
Yasin surəsinin oxumağın fəziləti
Hər kim şənbə günündən başlayaraq cümə gününə qədər hər
gün bir dəfə Yasin surəsini oxusa və İmam Musa Kazimə (ə)
2
hədiyyə etsə, duaları qəbul olunar.
Hər kim cümə axşamından başlayaraq üç gün iki rükət namaz
3
qılıb sonra Yasin surəsini oxusa, Allah onun ruzisini artırar.
Hər kim Yasin surəsini yazsa yusa və suyunu içsə, onun
daxilində xəstəliklər bitər, ruzisi artar, rəhmət qapıları üzünə
4
açılar.
Hər kim bu dörd ayəni oxusa, (Yasin surəsinin bir və ikinci
ayələri, Sad surəsini birinci ayəsi, Qaf surəsinin birinci ayəsi,
Qələm surəsinin birinci ayəsi) ona qarşı pis və xoşagəlməz
5
danışanların daha danışmamalarına səbəb olar.
Hər kim Yasin surəsini müşk və zəfəranla yeddi dəfə yazıb
sonra yusa və ardıcıl olaraq ondan yeddi gün içsə, yüksək
hazfizəyə malik olar. Əgər hər hansı bir mövzuda kimləsə bəhs
etsə, qalib olar. Həmçinin hər kim Həşr surəsini yazıb yusa və
suyunu içsə, yüksək hafizəyə malik olar.
6
Hər kim Yasin sözünü hər gün 142 dəfə desə, günahların
bağışlanmasına səbəb olar.
Hər kim Yasin surəsinin 61 – ci ayəsini hər gün yeddi dəfə
oxusa və hər nə qədər bu işi davam etsə, qorxudan amanda
7
qalar.
6 Əsrarul Quran.
7 Yasin haqqında eşidilməlilər. Səhifə 102 – 108.