Page 218 - Islamic Studies 02
P. 218

216) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)

               Hər  kim  Yasin  və  Saffat  surələrini  Cümə  günündə  oxuyub
               Allahdan dilək diləsə, Allah onun dualarını qəbul edər.
               Hər kim Yasin surəsini Şəban ayının əvvəli, ortası və sonunda
               oxusa, bir il müddətində Allah onu öz amanında saxlar.
               Hər kim Yasin surəsini Cümə axşamı günü oxusa, Allah onun
                                          1
               günahlarını bağışlayar.


                 Yasin surəsinin xüsusiyyətləri
               Allah – taala Adəm peyğəmbəri yaratmamışdan öncə, Yasin və
                                       2
               Taha surəsini oxudu.
               Yasin  surəsi  Cənnət  surələrindəndir.    Allah  –  taalla  aləmi
                                                                                3
               yaratmamışdan 2000 il əvvəl Yasin və Taha yaranmışdır.
               Yasin  və  Taha  surəsi  Cənnət  əhlinə  məxsusdur.  Başqa  sözlə
                                                                                    4
               desək, Cənnət əhli yalnız Yasin və Taha surələrini oxuyarlar.
               İslam peyğəmbəri (s) buyurmuşdur: “Hər kim cümə günü ata
               ya  anasının  qəbrini  ziyarət  etsə  və  onların  qəbri  üstə  Yasin
               surəsini oxusa, Allah  –  taala Yasin  surəsinin  hərflərinin sayı
                                                              5
               miqdarında onun günahlarını bağışlayar“.
               Peyğəmbər (s) belə buyurmuşdur: “Yasin surəsi, onu oxuyan
                                                     6
               şəxsə qiyamətdə şəfaət edəcək” .
               Peyğəmbər (s) yenə buyurmuşdur:  “Cox sevirəm ki, mənim
                                                                                  7
               ümmətimdən hər birinin qəlbində Yasin surəsi həkk olsun”.
               İslam  peyğəmbəri  buyurmuşdur:    “Hər  kim  Yasini  Allah
               xatirinə  oxusa,  Allah  günahlarını  bağışlayar    və      Qurani  –
               Kərimi on iki dəfə xətm etmə savabını ona verər. Can verən
               şəxsin  yanında  Yasin  oxunarsa,  surənin    hərflərinin  sayı


               1 Bəharul ənvar. Cild 89. Səhifə 313.
               2 Yasin haqqında eşidilməlilər. Səhifə 102,108.
               3 Yasin haqqında eşidilməlilər. Səhifə 102,108.
               4 Yasin haqqında eşidilməlilər. Səhifə 102,108.
               5 Bəharul ənvar. Cild 89. Səhifə 293.
               6 Təfsiri kəşşaf. Cild 4. Səhifə 32.
               7 Bəharul ənvar. Cild 89. Səhifə 291.
   213   214   215   216   217   218   219   220   221   222   223