Page 219 - Islamic Studies 02
P. 219

Yasin surəsinin fəzilətinə bir baxış./ (217


               miqdarında mələklər nazil olar və can verən şəxs üçün salavat
               söyləyərlər.  Onun  üçün  Allahdan  bağışlanmaq  dilərlər.  Onu
               yuyarkən, cənazəsini    apararkən  və qəbrə  qoyarkən  mələklər
               orada olarlar. Onu cənnətə daxil edərək, cənnət suyu ilə sirab
                          1
               edərlər ” .

                 Bir ömür boyu bir dəfə Yasin
               İmam Baqir (ə) buyurmuşdur:  “Kim ömrü boyu bir dəfə Yasin
               surəsini  oxusa,    Allah  dünyada,  axirətdə           və  asimanda
               yaratdıqlarının  sayının  iki  min  bərabəri  qədər  ona  savab  və
               mükafat  verər”  . Həmin miqdar günahlarından  azalar, dəlilik
               və bədbəxtlik görməz, kasıb olmaz, evi viran qalmaz, cuzam
               və  digər  xəstəliklərə  dücar  olmaz,  ölümü  asanlaşdırar,  ölüm
               vaxtı şad olması, axirətdə sevinc içində olar. Allah bütün yer
               və  göy  mələklərinə  belə  xitab  edər:    “Mən,  bu  bəndəmdən
               razıyam. Siz onun bağışlanması üçün dua edin” .
                                                                      2

                 Nəticə
               Yasin  surəsi  xeyir-bərəkətlərlə  doludur.  Mənəvi  xeyir-
               bərəkətlər bizi Allaha yaxınlaşdırır. Buna görə də, bu mübarək
               surənin əzəmətini anlamaqdan qafil olmamaq lazımdır. İmam
               Sadiq  (ə)  buyurmuşdur:    “Hər  kim Yasin  surəsini  gün  batan
               vaxta  qədər  oxusa,  ömrü  boyu  bəlalardan  amanda  qalar  və
               ruzisi bol olar. Əgər yatmadan öncə oxusa,  Allah onu hər bəla
                                                                          3
               və şeytandan qorumaq üçün, min mələk ğöndərər” .
               Hər  kim  Yasin  surəsini    gecə  yaxud  gündüz  oxusa,  günah
               etməməsi üçün Allah ona yardım edər.
                                                           4

               1 Xətmlər və zikrlər. Cild 1. Səhifə 152.
               2 Vəsailuş şiə. Cild 6. Səhifə 248.
               3 Məcməul bəyan.
               4 Bəharul ənvar. Cild 82. Səhifə 63.
   214   215   216   217   218   219   220   221   222   223   224