Page 222 - Islamic Studies 02
P. 222

220) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)

               Cətinliklərini  həll  etmək  istəyən,  cümə  gecəsi  dörd  rükət
               namaz qılsın. Namazın qılınma forması belədir:
               Birinci rükətdə Həmd surəsindən sonra Yasin surəsini oxusun.
               Sonra rukuya getsin. Rukudan qalxanda yüz dəfə desin:  “Və
               iza  səələkə  ibadi  ənni  fəinni  qarib.  Ucibi  dəvətəd  –  dai  iza
               dəan.  İza  dəani  fəlyəstəcibu  li  vəl  yuminu  bi  ləəlləhum
               yərşudun”. (Bəqərə surəsi. Ayə 186).

               İkinci  rükətdə  Həmd  surəsini  iki  dəfə,  Yasin  surəsini  isə  bir
               dəfə oxusun. Qunutu bitirəndən sonra rukuya getsin. Rukudan
               başıni qaldırandan sonra həmin ayəni (Bəqərə surəsi. Ayə 186)
               yüz  dəfə  oxusun.  Səcdə  etsin,  üç  dəfə  təşəhhüdü  oxusun.
               Amma salam demədən, ayağa qalxsın.
               Üçüncü rükətdə Həmd surəsini üç dəfə, Yasin surəsini isə bir
               dəfə oxusun. Rukunu yerinə yetirsin. Rukudan sonra yüz dəfə
               desin:  “Fəəsəfəkfikəhumullahu  və  huvəs  –  səmiul  –  əlim ”  .
               (Bəqərə surəsi. Ayə 137)
               Dördüncü rükətdə Həmd surəsini dörd dəfə, Yasin surəsini isə
               bir dəfə oxusun. Rukudan sonra desin:  “Ya rabbi idfə ənnis –
               sadda və əntə ərhamur – rahimin” . Səcdələri, təşəhhüdü edib,
               salamlarla  namazı  bitirsin.  Sonra  alnını  torpağa  qoyub  yüz
               dəfə “Əstəğfirullah”   desin. Sonra sağ  üzünü torpağa  qoyub,
               yüz dəfə salavat desin. Sonra sol üzünü torpağa qoyub, desin:
               “İnnəma əmruhu iza əradə şəyən ən yəqulə ləhu kun fəyəkun”.
               (Yasin  surəsi.  Ayə  82).  Sonra  Allahdan  istəklərini  diləsin.
                                        1
               Allah istəklərini verər.







               1 Bəharul ənvar, c. 89. səh. 321.
   217   218   219   220   221   222   223   224   225   226   227