Page 225 - Islamic Studies 02
P. 225

Quran baxışında imanın dini maarifləndirmədə
                                                rolu


                             1
               Rza Salmanov

               Xülasə
                Ruhanilər  Peyğəmbərimizin  (s)  ağır  məsuliyyət  tələb  edən
               vəzifəsini davam etdirilər. İnsanları ilahi həyata, diriliyə sövq
               edirlər.  Çünki  pak  etiqadın  və  saleh  əməllərin  cəmiyyətdə
               yayılması  birbaşa  onun  fərdlərinin  mənəvi  dirçəlişinə  və
               inkişafına  xidmət  göstərir.  İmanın  nurunda  onlar  hidayət
               olunurlar.  O  cümlədən;  xurafatlardan  uzaq  durmaq,  düzgün
               etiqada malik olmaq, rəhmli, mərhəmətli olmaq, güzəştə gedib,
               bağışlamaq, ehtiyaclı insanlara əl tutmaq, səbirli olmaq, elm və
               mənəviyyata  üz  gətirmək,  vətəni  sevmək,  paklıq  və
               təmizkarlıq,  nəzm-intizam,  ədalətli-insaflı  olmaq,  insanların
               hüquqlarına  hörmətlə  yanaşmaq,  laqeyd  qalmamaq,  insanları
               sevmək, gözəlliyə dəyər vermək, qəlbləri sevindirmək və sair
               kimi  yüzlərlə  pak  dəyərləri  saymaq  olar.  Dinimiz  daim  bu
               dəyərlərə təkid edib, insanları ona doğru səsləyir. Əslində din
               və  mənəviyyat  dediyimiz  məhz  elə  bunun  kimi  dəyərlərdir.
               Məhz  belə  ilahi  dəyərlər  insanı  kamilləşdirir.  İnsana  həyat
               bəxş edir. Əsl insani həyat da, elə bu pak əməllərin nəticəsində
               əldə edilir. Bu barədə Qurani-kərimdə buyurulur: İslam dinini
               insanlara yaymaqla məşğul olan şəxs, uzaqgörən, geniş dünya
               görüşə malik və gələcək haqda perspektivlərə sahib olmalıdır .



               1. İslam Araşdırmaları fakültəsinin məzunu, İslam Araşdırmaları institutu, Əl-
               Mustafa Beynəlxalq Virtual Universiteti, Qum, İran.
   220   221   222   223   224   225   226   227   228   229   230