Page 226 - Islamic Studies 02
P. 226
224) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)
Bunun üçün isə ilk növbədə təbliğlə məşğul olan ruhani əhatəli
təhlil qüvvəsinə sahib olmalıdır. Qarşılaşdığı çətin məsələləri
hərtərəfli düşünərək qərar verməlidir. Belə olmadığı təqdirdə,
yanlış nəticələrlə qarşı-qarşıya qalması, məqam və
şəxsiyyətinin zərbə görməsi qaçılmazdır. Ən acınacaqlı budur
ki, doğru olmayan qərarlar və addımlarla ruhani təkcə özünə
deyil, başqa ruhanilərə və dinə zərər vurur. Buna görə də, iman
və əql ruhanini təkmilləşdirir.
Açar sözlər: İman, İnam, Saleh əməl, Dini maarifləndirmə,
İslam, Elm, Təbliğ, Ruhani
Giriş
İlk yaranışdan bəri instinktlə hərəkət edən canlılarda təhlükə
və fayda zamanı bir-birilərinə anlatmaq formaları mövcud
olmuşdur. İndi də çox zaman təbiətdə hansısa bir canlı təhlükə
hiss etdiyində başqa canlıları həmin təhlükənin varlığından
xəbərdar etdiyinin şahidi oluruq. Yaxud bir mənfəət əldə etdiyi
zaman başqa həmcinslərini ondan birlikdə faydalanmağa
səslədiyini görürük. Bu təbiətdəki canlıların instinktinə xas
olan xüsusiyyətdir.
Qurani-kərimdə bu haqda müxtəlif işarələr mövcuddur. Belə
ki, Süleyman peyğəmbər öz qoşunu ilə keçdiyi zaman,
qarışqalardan biri o birilərini yuvalarına çəkilməyə səsləyir ki,
qoşunun tapdağı altında əzilməsinlər.
ْم ك َّنَمِطْحَي ل ْم كَنِكاسَم او ل خْدا لْمَّنلا اَه اي ُْيَأ ٌةَلْمَن ْتَلاق ِلْمَّنلا ِداو ىلَع اْوَتَأ اذِإ ىَّتَح
َنو ر عْشَي ل ْم ه ه َو دو ن ج َو نامْيَل س
"Nəhayət, onlar (Taifdəki, yaxud Şamdakı) qarışqa vadisinə
gəlib çatdıqda bir qarışqa (qarışqaların padşahı) dedi: Ey
qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də
bilmədən sizi (ayaqları altında) basıb əzməsinlər!" (Nəml, 18)