Page 230 - Islamic Studies 02
P. 230
228) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)
surəsindəki «...İlləlləzinə amənu» (iman gətirənlərdən başqa)
ifadəsini nəzəri hikmət, «Və əmilussalihat»ı (saleh əməllər
edənlərin) isə əməli hikmət adlandırırlar.
Halbuki, «...İlləlləzinə amənu» ifadəsi nəzəri hikmətdən daha
yüksək bir mənanı çatdırır və nəzəri hikmət bu yüksək mənalı
məfhumun yalnız bir hissəsidir.
Deməli, bütün bu söylədiyimiz elm, mərifət, idrak və sair
məfhumlardan yüksək olan daha bir məfhum da vardır ki, o da
1
təslim, meyl və rəğbətdir.
İman, meyl və rəğbətlə yanaşı olan, eyni zamanda agahlıq
üzərində qurulmuş bir məsələdir. İman agahlıqla yanaşı
olduqda təslim deməkdir, yəni Allahı tanıyıb Ona rəğbətlə
2
təslim olmaq.
İman məfhumunun daxilində, agahlıqla təslim və rəğbət
bəsləməkdən əlavə, küfr ünsürü də vardır. İman gətirilən hər
hansı bir şeyin qarşısında təslim olmaq zəruridir. İnsanın imanı
o vaxt kamala çatmış olur ki, iman və təslim olduğu şeyin
ziddinə hər nə varsa, onlara qarşı kafir olsun. Ümumiyyətlə
insan əgər bəzi şeylərə qarşı kafir olmasa, mömin ola bilməz.
Üsyan olmasa, təslim məfhumu öz mənasını əldən vermiş olur.
Sizin Allaha imanınız o vaxt həqiqi olur ki, Allahın ziddinə
olan hər bir şeyə qarşı kafir olasınız. Allaha təslim olub Ona
baş əymək, amma Onun ziddinə olan şeylərə təslim olmamaq
«iman» sayılır.
Həzrət Peyğəmbərin (s) ərəblərə birinci şüarı bu idi: «La ilahə
illəllah» (Aləmlərin Rəbbindən başqa bir Allah yoxdur).
Burada bir təsdiq və bir də inkar vardır.
İnkar, Allahdan qeyri-bir ilahi varlığın rədd edilməsi, isbat isə
Onun öz vücudunun təsdiq edilməsidir. Allahdan başqa hər bir
şeyin qarşısında üsyan və tüğyan, Allahın qarşısında isə təslim
1 - M. Mütəhəri, Kamil insan, səh-126-128.
2 - M. Mütəhəri, Əxlaqın fəlsəfəsi, səh-245.