Page 229 - Islamic Studies 02
P. 229
Quran baxışında imanın dini maarifləndirmədə rolu ./ (227
Görəsən Quranda buyurulan iman da belədir, yoxsa yox?
Əlbəttə yox! Çünki, Allah və peyğəmbərə olan iman təkcə
onları dərk etməkdən ibarət deyildir və burada əlavə olaraq
inam və təslim olmaq da tələb olunur. İman adlı bir məfhuma
inam, təslim və məhəbbət ünsürləri də daxildir. İnsan həmişə
dərk etdiyi şeylərə meyl və rəğbət göstərmir. Astronom
ulduzlara meyl və rəğbət bəsləmir, sadəcə olaraq onları öyrənir
və dərk edir. Başqa sahədə çalışan alimlər də öyrəndiyi şeylərə
rəğbət bəsləmir və sadəcə olaraq onları dərk edirlər.
Hətta bəzən insanın öyrəndiyi və dərk etdiyi şeylərə nifrət
etməsi də mümkündür. Siyasətçilər düşmənlərini özlərindən
daha yaxşı tanıyırlar, amma bu o demək deyildir ki, onlara
rəğbət bəsləyirlər.
Müsəlman alimlərin imanın təkcə düşüncə və dərk ilə bağlı
olmadığını söyləmələrinin səbəbi, Quranda Allahı və Onun
peyğəmbərini, eləcə də məadı hamıdan yaxşı dərk edən, amma
bu həqiqətlərə kafir olan varlığın adının çəkilməsidir. Yəqin
ki, bu varlığın Şeytan olması hamıya məlumdur. Şeytan Allahı
bizdən daha yaxşı tanıyır və uzun illər Ona ibadət etmişdir. O,
mələkləri, peyğəmbərləri və məadı çox gözəl dərk edir, amma
buna baxmayaraq Quran onun kafir olduğunu söyləyib
buyurur: «...Kanə minəl kafirin». (Sad surəsi-74). Yəni
[Şeytan] kafirlərdən oldu.
Əgər filosofların iddiasına uyğun olaraq, iman ancaq düşüncə
və dərk ilə əldə olunsaydı, Şeytan hamıdan əvvəl mömin
olardı. Amma gördüyünüz kimi belə deyil, çünki o, Allahı
tanıya-tanıya inadla Onunla müxalifətçilik edir, düşünüb dərk
etdiyi həqiqət qarşısında təslim olmur və Ona rəğbət bəsləmir.
Deməli, qeyd etdiyimiz kimi, iman təkcə düşüncə ilə bağlı
deyildir. İslam filosoflarının çoxu Quranda «Ət-Tin»