Page 40 - Islamic Studies 02
P. 40

38) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)

               təşkil  edirlər.  Çünki  sovet  dönəmində  cəmiyyətin  dindar
               təbəqəsi,  xüsusilə  müsəlman  xanımlar  sanki  cəmiyyətdən
               təcrid olunan bir fenomen kimi dəyərləndirilmişlər. Buna görə
               də onlar özlərini təsdiq etmək üçün adətən internet və KİV-dən
               istifadə  edərək  müsəlman  xanımların  hüquqlarını  və  onlar
               üzərinə  düşən  vəzifələri  xanımlarla  bölüşürlər.  Çünki
               cəmiyyətdə ateist və deist düşüncəli liberal feminizm ideyaları

               dindar  xanımların  əks  müqavimətinə  şərait  yaradır.  Bu
               qarşıdurma  tədricən  regional  müstəvidən  çıxaraq  qlobal
               müstəvidə gedən liberalizm və antiliberalizm qarşıdurmasında
               əks  olunur.  Buna  görə  də  keçmiş  postsovet  ölkələrində
               xanımlar internet, beynəlxalq tədbirlər və vebinarlar vasitəsilə
               beynəlxalq  sekulyar  feminizmin  və  İslam  feminizmi
               hərəkatlarına qoşulurlar. Bu artıq informasiya texnologiyaları
               vasitəsilə  müxtəlif  sivilizasıyalarda  qloballaşan  müasir
               dünyanın  gerçəkliyidir.  Buna  baxmayaraq,  cəmiyyətdə  İslam
               maarifçiliyinin aşağı səviyyədə olması elmi şəkildə deyil, bir
               dəb  şəklində  yayılması  cəmiyyətdə  müəyyən  sosial-mədəni
               problemlərin  ortaya  çıxmasına  şərait  yaratmışdır.  Çünki
               cəmiyyət həm İslam, həm də ümumi təhsil sahəsində axsayır.
               Hər iki istiqamətdə aparılan maarifçilik işləri onların arasında
               müəyyən  kəsişən  məqamların  ortaya  çıxmasına  və  bəzi
               problərin  cəmiyyətdə  həll  olunmamasında  şərait  yaradır.  Bu
               həm  ölkənin  milli-mənəvi  birliyini,  həm  də  cəmiyyətdə
               modern cəhalət bəlasının yayılmasını artırır.
                Müasir  Şərq  və  Qərb  cəmiyyətinin  inkişafının  bəzi
               mərhələlərində  və  siyasi  qərarların  verilməsində  açıq-aydın
               modern cəhalətin yayılmasını görmək olar. Xüsusilə ilə Qərb
               nümunəsindəki  “universal  imperalizm”  kimi  dəyərlər.
               Nəticədə bir sıra ideya-siyasi cərəyanlar meydana çıxmışdır ki,
               bunlardan  biri  kimi,  bəzi  ərəb  müsəlman  ölkələrində  dini-
               siyasi ideologiyanı misal göstərə bilərik: İraqda şiə və sünnü
   35   36   37   38   39   40   41   42   43   44   45