Page 38 - Islamic Studies 02
P. 38

36) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)

               Nəticə
                Modern cəhalətin qarşısının alınmasında Şərq və Qərb fəlsəfi
               baxışlarının mühüm rol oynadığı inkaredilməz faktdır. Müasir
               dövrdə  dinlərarası  dialoq  ümumdünya  əxlaqının  yaranmasına
               gətirib  çıxaracaqdır.  Çünki  dinlərdə  ümumbəşəri  dəyərlər
               təbliğ  edildiyindən,  nəinki  dinə  mənsub  olanlar,  hətta  qeyri-
               dini  təmayüllərin  tərəfdarları  da  ümumbəşəri  dəyərlər

               baxımından  həmrəylik  nümayiş  etdirərək  ictimai  cəhalətin
               yayılmasının  qarşısının  alınmasında  əməkdaşlıq  edə  bilərlər.
               Modern  cahilliyin  qarşısının  alınması  prosesində  dini  sahədə
               dialoq həm bir dinə mənsub qrupların, həm  də fərqli  dinlərə
               mənsub insanların inanc və düşüncələrini bir-birlərinə məcburi
               və  ya  qeyri-etik  yollarla  qəbul  etdirmə  təşəbbüsündən
               olmadan,  ortaq  məsələlər  ətrafında  tolerant  şəraitdə  danışa
               bilməsi,  müzakirə  edilə  bilməsi  və  əməkdaşlıq  qura  bilməsi
               deməkdir.  Dinlərarası  dialoqun  zəruriliyi  ideyası  müasir
               dövrdə  hərtərəfli  müdafiə  olunmalıdır.  Çünki  İslam  dini  bir
               çox əsrlər boyu yəhudi-xristian dəyərlərinin düşməni olmuş və
               bu  gün  də  onların  düşməni  olaraq  qalır.  Sözün  geniş
               mənasında  dialoqun  baş  tutması  o  deməkdir  ki,  bu  prosesin
               iştirakçıları  arasında  birinin  digəri  ilə  qarşılıqlı  şəkildə
               uyğunlaşması özünü göstərir, nəticədə xalqlar arasında modern
               cəhalətin yayılmasının qarşısı qisməndə olsa alına bilər.
                  Bu  modern  cəhalətin  yayılması  probleminin  həll  olunması
               üçün  isə  ağıl  və  hidayət  prosesi  ilə  dinlərarası  dialoq
               siyasətinin  qarşılıqlı  əlaqəsinin  yollarının  göstərilməsi
               önəmlidir.  Ağıl  və  hidayət  prosesinin  hər  bir  dövlət  üçün
               müsbət təsirləri özünü göstərir və bir neçəsini qeyd edək.

                    Müsbət cəhətlər aşağıdakılardır:
                   1.  Xaricə  ağıl  və  hidayət  edən  şəxslərin  əldə  etdikləri
                      maddi  gəlirlərdən  eyni  zamanda  onların  vətəndə  qalan
   33   34   35   36   37   38   39   40   41   42   43