Page 42 - Islamic Studies 02
P. 42

40) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)

                 11.  Zəka axınına qoşulanların əksər hissəsinin əməklərinin və
                    zehinlərinin istismarı.
                 12.  Ölkədən  çox  sayda  vətəndaşın  xarici  ölkələrə  miqrant
                    kimi axını.
                 13.  Xarici  ölkələrin  ideoloji  təsirlərinin  ölkə  daxilində
                    yayılması (din, kosmopolit) və s.
                   Belə  çıxır  ki,  bu  cür  ölkənin  sosial-iqtisadi  inkişafının

                 tənəzzülə  uğraması,  həm  cahil  və  nadan  ekstremistlər  üçün
                 əlverişli şərait yaradır, həm də ölkədəki iqtisadi sıxıntı içində
                 olan  xalqın  kükrəməsindən  və  o  biri  tərəfdən  də  xarici
                 qüvvələrin  dəstəyi  vasitəsilə  ölkədə  ən  dəhşətli  vətəndaş
                 müharibəsinin  başlanmasına  gətirib  çıxarır.  Nəticədə  həmin
                 ölkənin  ilk  və  yaxuda  da,  modern  cəhalət  bataqlığında
                 batması anlamına gəlir. Bu cür xoşagəlməz situasiyaların baş
                 verməməsi üçün iqtidarın xalqın rifahı üçün istənilən sahədə
                 dövlət  hesabından  maliyyə  ayırmasıdır.  Həmçinin  müəyyən
                 çərçivə  müstəvisində  də  cəmiyyətə  söz  azadlığı  hüququ
                 verilməlidir.  Bir  millət  iqtidar  tərəfindən  sıxıldıqca  və
                 əzildikcə  aqibəti  yuxarıda  qeyd  etdiyimiz  kimi  ölkə  böyük
                 zərərlər ilə nəticələnə bilər.
                     Fikrimizcə modern cəhalətin yayılmasının qarşısını almaq
                 üçün ölkədə mövcud olan problemlərə xüsusi diqqət yetirmək
                 önəmlidir.  Araşdırmalarımız  onu  göstərir  ki,  bu  gün
                 bəşəriyyətin  ağıl  və  hidayət  prosesinə  qoşulmalarına  şərait
                 yaradan  sosial-iqtisadi,  dini  dəyər  və  inanclara  qarşı  olan
                 problemlərin qarşısının alınması istiqamətində hər bir dövlət
                 tərəfindən  addımlar  atılmasına  baxmayaraq,  bu  insanların
                 modern  cəhalət  bəlası  prosesinə  qoşulmasını  əngəlləyə
                 bilmir.
   37   38   39   40   41   42   43   44   45   46   47