Page 41 - Islamic Studies 02
P. 41

Modern cahiliyyət ilə mübarizə metodları/ (39


               qarşıdurması  və  yaxud  da,  Suriya  və  Libiyada  vətəndaş
               müharibəsi, Əfğanıstanda əl-Qaidənin orduya qarşı hücumları
               və s. XXI əsrdə Qərbin Şərqdəki müstəmləkə ekspansiyasına,
               onun  hərbi-siyasi  və  mədəni-ideoloji  fəaliyyətdə  meydan
               oxumasına şərait yaradan bir neçə mənfi amili qeyd edək.

                 Mənfi cəhətlər:
                 1.  İlk olaraq bəzi müsəlman ölkələrinin hakimiyyətində kadr
                    dəyişikliklərinin olmaması faktı.
                 2.  Ali məhkəmələrin ədalətli qərar qəbul etməməsi.
                 3.  Səhiyyə  sistemində  yüksək  ixtisaslı  həkimlərin  kifayət
                    qədər çatışmamazlığı və dövlət tərəfindən xalqa ödənişsiz
                    tibbi yardımların olmaması.
                 4.   Ölkənin  elmi  potensialına  dəyən  ciddi  zərər  nəticədə
                    siyasi, sosial, iqtisadi və hüquqi inkişaf istiqamətində yeni
                    fikirlərin olmaması. Eyni zamanda orta məktəb və ya ali
                    təhsil  ocaqlarına  o  cümlədən  dövlət  idarələrində  hicab
                    qadağası.
                 5.  Ölkənin  strateji  müəssisələrində  savadlı  kadr  böhranı  və
                    yeni ixtiraların yoxluğu.
                 6.   İslam  alimlərinin  Qurani-kərim  və  Əhli-beytin  (ə.s)
                    kəlamları  ilə  açıq-şəkildə  insanları  maarifləndirməsinin
                    qarşısının alınması.
                 7.  Ailələrin  dağılması,  genetik  inkişafın  qarışıq  nikahların
                    sayəsində balansının pozulması.
                 8.  Ölkə daxilində elm və təhsilə marağın azalması.
                 9.  Elmi və təhsil müəssisələrində çalışmaq istəyən insanların
                    sayının azalması.
                 10. Savadsız  kadrların  əlacsızlıqdan  müxtəlif  işlərə  cəlb
                    edilməsi və nəticədə istehsalatda problemlərin doğulması.
   36   37   38   39   40   41   42   43   44   45   46