Page 39 - Islamic Studies 02
P. 39
Modern cahiliyyət ilə mübarizə metodları/ (37
qohum-əqrəbalarına yararlanırlar. Bu həm pul kütləsinin
ölkə iqtisadiyyatında dövriyyəyə buraxılmasında, həm
də sosial-iqtisadi cəhətdən imkansız olan ailələrin maddi
rifahının yaxşılaşması deməkdir.
2. Ağıl və hidayət nəticəsində əmək bazarında rəqabət
azalır və işə götürülən zaman digər təhsilli insanların
(xaricdə oxumayan) işlə təmin edilməsinə imkanlar
yaradılır.
3. Ağıl və hidayət eyni zamanda xaql diplomatiyasının bir
qoludur. Xarici ölkələrdə təhsil alan və çalışan gənc və
yaşlı ağıl sahibləri dövlətinin diplomatik nümayəndəsi
kimi missiyanı üzərlərində daşıyırlar.
İndiyədək dünyanın müxtəlif ölkələrində o cümlədən də
Sovet İttifaqının süqutu ilə postsovet məkanında dini dəyərlər
yenidən aktuallıq kəsb etməyə başladı. Lakin sərhədlərin
açılması və əhalinin bəzisinin dini savadsızlığı kənardan
ölkəyə qeyri-ənənəvi dinlərin, radikal İslamçı hərəkatların
daxil olmasına və onların əhali arasında öz tərəfdarlarını
yaratmasına (modern cəhalətin yayılmasına) səbəb oldu. Buna
görə də keçmiş postsovet ölkələrinin cəmiyyətini müxtəlif
mədəniyyət və dinləri (həmçinin dini-ideoloji cərəyanları) öz
geyim, saqqal stili, davranış və baxışları ilə təmsil edən fərqli
sosial qruplar əvəz etdi (bu proses davam edir). Keçmiş
postsovet ölkələrində sərbəst geyim və davranışları ilə seçilən
Qərbyönümlü gənclərlə yanaşı, hicab geyinən xanımları da
müşahidə edirik. Hətta dindar xanımlar arasında da geyim
(qara niqab və Lə İləhə İlləlləh və Məhəmmədun rəsulullah
yazılı əlçək taxmaqla), davranışları və baxışlarına görə
fərqlənənlər vardır. Bununla belə dindar xanımlar arasında öz
hüquq və azadlıqlarını araşdıran ziyalı xanımlar da çoxluq