Page 18 - Islamic Studies 03
P. 18
İslamda Ailə./ (17
qoyacaq səviyyəyə gəlib çatmış -dır. Hazırda milyonlarla
müsəlman gənc bu problemlə üz-üzədir və bu problem sanki
onların kabusuna çevrilmişdir.
Müsəlman ölkələrində qeyd edilən problemin əmələ
gəlməsinin oxşar və fərqli səbəbləri vardır. Lakin bu
problem hər ölkədə özünü fərqli rakursdan və müxtəlif
formada göstərir. Aparılan araşdırmalar və statistik
göstəricilər bizə roblemin olduqca böyük olduğunu deməyə
əsas verir. Digər tərəfdən, problemin günbəgün böyüdüyü
və yalniz iqtisadi aspektlərdən dolayı yaranmadığı da qeyd
edilir. Hətta bəzi insanlar problemin yaranmasının başlıca
səbəbləri arasında körfəz ölkələrində mehrin miqdarının
çox olmasını da bildirərək, problemin mehrdən də
qaynaqlandığını vurğulayırlar.
"Belə ki, bir çox varlı ərəb ailələri qızlarını ərə vermək
üçün oğlanın varlı və ya kasib olmasından asılı olmayaraq,
yüksək mehr məbləği tələb edirlər.Bir çox gənc isə bu mehri
ödəyə bilmədiyinə görə ailə həyatı qura bilmir. Digər
tərəfdən, bir çox gəncin məhz bu səbəbdən Subay qalmağa
üstünlük vermələri də həqiqətdir. Yuxarıda da qeyd
etdiyimiz kimi, ailə həyatı qura bilməmək və evliliyin
gecikməsi probleminin bir çox səbəbləri vardır. Aparılan
araşdırmalar nəticəsində problemin psixoloji, sosial, iqtisadi,
siyasi, tərbiyəvi, mədəni və digər səbəblərdən qaynaqlandığı
müəyyən edilmişdir.