Page 180 - Islamic Studies 03
P. 180

Quranın Hərtərəfli olmaq …/ (179


               olan  ən  önəmli  ayələri,  daha  sonra  məsumlardan  (ə)  nəql
               olunan hədisləri gətirəcəyik.

                 Şübhəsiz  ki,  bir  qövm  özlərində  olanı  dəyişməyincə,  Allah
               onlarda olanı (yaxşı xüsusiyyətlərlə) dəyişməz. Əgər Allah bir
               qövm  üçün  şər  diləmişsə,  artıq  onu  heç  nə  dəf  edə  bilməz.
                                                                             1
               Onların Allahdan başqa heç bir himayədarı da yoxdur.
                 Bu  ayə  bir  başa  iqtisadiyyat  mövzusuna  aid  olmasa  da,
               mənası geniş və əhatəli olduğu üçün, ayəni bu mövzuya da aid
               etmək olar. Allah bu ayədə müsəlmanlara əsasən iki mövzuyu
               başa  salmaq  istəyir.  Onlardan  biri  budur  ki,  Allah  burada
               “Özünə güvən” məsələsini xatırladır və bir-birinə güvənərək,
               müsəlmanların qabağa getməsini tövsiyə edir. Ayədəki ikinci
               önəmli mesaj isə bundan iabrətdir ki, Allah bizə başa salmaq
               istəyir ki, əgər insan özü zəhmət çəkməsə heç bir şeyə nail ola
               bilməz. Yəni zəhmət çəkmədən məqsədə də yetişmək mümkün
               deyil.


                 Ona  görə  də  islam  dini  həyatın  bütün  sahələrində  zəhmət
               çəkib,  addım  atmağı  tövsiyə  etdiyi  kimi,  iqtisadiyyat
               mövzusunda da insana həmin tövsiyələri xatırladır. Mövzunun
               daha  rahat  anlaşılması  üçün,  sadə  bir  misala  diqqət  edək.
               Təsəvvür edin ki, ac bir insan süfrə qarşısında dayanıb, amma
               əlini  yeməyə  uzatmır.  Sizcə  həmin  şəxs  bir  neçə  saat  süfrə
               qarşısında oturub, əlini yeməyə uzatmasa, onun aclığı aradan
               gedərmi? Təbii ki, xeyr. O, zəhmət çəkib, əlini yeməyə uzadıb,
               yemək yeməsə, yenə də ac qalacaq. Ona görəd də, sırf süfrədə
               oturduğu  üçün,  onun  qarnı  doymaz.  Bu  deyilənləri  nəzərə
               alanda, məlum olur ki, sadə məqsədlərə çatmaq üçün zəhmət


                                                                                 Rəd, 11. 1
   175   176   177   178   179   180   181   182   183   184   185