Page 177 - Islamic Studies 03
P. 177

176) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)



                 Buda öz növbəsində Quranın elmi sahədə möcüzəvi bir kitab
               olduğunu bir daha sübut edir.

                 Ulduzların  doğub-batdığı  yerlərə  and  içirəm!  Kaş  bunun
                                                       1
               böyük bir and olduğunu biləydiniz.
                 Oxuduğumuz bu ayə həm Quranın elmə verdiyi dəyəri başa
               salır, eyni zamanda da bu müqəddəs kitabın möcüzəvi bir kitab
               olduğunu sübut edir.


                 Ayədə Allah ulduzların müəyyən və dəqiq yerlərinin olması
               barədə danışır. Yəni Allah bizə başa salır ki, gördüyümüz və
               görmədiyimiz milyardlarla olan hər bir ulduzun özünə məxsus
               yolu var.

                 Doğrudur  ki,  ulduzlar  bizdən  çox  uzaqdadır  və  onların
               hərəkət  edib-etməməsi,  eyni  zamanda  da  hər  birinin  özünə
               məxsus  yolunun  olub-olmamasını  müəyyən  etmək  çox
               çətindir.  Amma  nisbətən  yaxın  olan  bəzi  ulduzlar  var  və
               astronomlar  xüsusi  cihazlardan  istifadə  edərək,  həmin
               ulduzların bəzi xüsusiyyətlərini müəyyən edə biliblər.

                 Astrononmların  uzun  illər  araşdırmalarından  sonra  əldə
               etdiyi nailiyyətlərdən biri də bu olub ki, ulduzların hər birinin
               özünə məxsun yolu vardır.


                 Diqqət  etsək,  görərik  ki,  Allah  bu  elmi  məlumatı  1400  il
               bundan  öncə  peyğəmbərə  (s.ə)  çatdırıb. Buda onu sübut  edir
               ki,  Quran  insan  kəlamı  yox,  bəlkə  bütün  yaradılışı  yaradan,
               onların  bütün  xüsusiyyətinə  bələd  olan  və  hər  şeydən  xəbəri
               olan tək Allahın kəlamıdır.



                                                                             Vaqiə, 75-76. 1
   172   173   174   175   176   177   178   179   180   181   182