Page 178 - Islamic Studies 03
P. 178

Quranın Hərtərəfli olmaq …/ (177


                 Sən  dağları  görüb  onların  sabit  durduğunu  zənn  edərsən.
               Halbuki, onlar buludların keçdiyi kimi keçərlər. Bu, hər şeyi
               mükəmməl  edən  Allahın  sənətidir.  Həqiqətən,  O,  sizin
                                               1
               etdiklərinizdən xəbərdardır.
                 Allah  bu  ayədə  Yer  kürəsinin  hərəkət  etməsindən  danışır.
               Bildiyimiz  kimi  yer  kürəsinin  hərəkət  etməsini  ilk  dəfə
               İtaliyalı  Qalileo  Qaliley16-cı  əsrin  sonlarında  kəşf  etmişdi.
               Yəni  miladı  tarixi  ilə  16-cı  əsrə  qədər  hələ  heç  kim  yer
               kürəsinin hərəkət etməsi barədə fikir bildirib, bu barədə iddia
               etməmişdi.

               İqtisadiyyat mövzusuna aid ayə və hədislər


                 İslam dininin bəşəriyyətə təqdim etdiyi yaşayış proqramları
               həm  dünya,  həm  də  axirət  həyatı  üçün  təxminən  eyni
               səviyyədə tutulur. Yəni islam dini insanların həm dünyadakı,
               həmdə  əbədi  olan  axirət  yaşayışlarına  önəm  verir.  Sonuncu
               din  olan  islam  dinində  insanların  həm  dünya  həyatı,  həmdə
               əbədi  olan  axirət  yaşayışı  üçün  imkan  və  qaydalar
               açıqlanmışdır.  Bu  dinin  inanclarına  görə  dünya  həyatı
               müvəqqəti  bir  həyat  kimi  qəbul  olunsa  da,  heçdə  diqqətə
               alınmayan  bir  həyat  kimi  qəbul  edilmir.  İslam  dininə  görə
               əslində dünya axirət aləmi üçün bir keçiddir və dünya yaşayısı
               əbədi  olan  axirət  həyatı  üçün  hazırlıq  mərhələsi  kimi
               tanıtdırılır. Dünya həyatının önəmli olmasını dərk etmək üçün,
               dünyanı  əkilmiş  torpağa,  axirəti  isə  həmin  torpaqda  yetişən
               ağac və tərəvəzlərə bənzətsək yanılmarıq.  Yəni dünya geniş
               bir torpaq sahəsinə, axirət həyatı isə o torpaqda yetişib, cürbə-
               cür meyvələr verən minlərlə ağaca bənzəyir. Bir anlıq təsəvvür


                                                                                Nəml, 88. 1
   173   174   175   176   177   178   179   180   181   182   183