Page 182 - Islamic Studies 03
P. 182
Quranın Hərtərəfli olmaq …/ (181
Ona görə də bu sıxıntılardan uzaqlaşmaq üçün insan zəhmət
çəkib, çalışmalıdır.
Ayənin ümumi mənasından belə nəticəyə gəlmək olur ki,
insan yaşayışındakı iqtisadi problemləri borc verib, borc almaq
yolu ilə də həll etməyə çalışmalıdır.
Nəticə
Deməli, islam dini, insanların həm bu dünyada, həmdə ki,
əbədi olan axirət aləmində xoşbəxtliyə nail olmaları üçün
Allah tərəfindən göndərilmiş sonuncu dindir. Bu dində və
onun hərtərəfli olan müqəddəs kitabında bir çox qayda-
qanunlar var ki, əgər insanlar ona riayət etsələr, həm bu
dünyada, həmdə əbədi olan axirət aləmində xoşbəxt yaşamağı
qazana bilərlər.
Bunu da unutmamalıyıq ki, islam dini sıxıcı bir din deyil və
bu din həyatın ayrılmaz bir hissəsi olan əyləncə və gəzinti ilə
heç bir zaman müxalif deyil. Əksinə, islamda gəzinti və səfərə
çıxmaq, çox tövsiyə edilən işlərdən biridir.
Quranda və məsumların (ə) kəlamlarında bu qaydaların
hamısı bəyan edilib. Təbii ki, həmin qayda-qanunlar bir-biri ilə
fərqlidir. Belə ki, bəzi qanunlar var ki, həmin qanunlar
insanlardan bir çox işlərin yerinə yetirməsini tələb edir, bəzi
qanunlar da var ki, insana əmr edir ki, müəyyən işlərdən
çəkinmək lazımdır. Misal üçün islamın qanunlarından biri
budur ki, hər bir müsəlman gərək gündəlik namazlarını qılsın.
Digər tərəfdən isə başqa bir qayda da var ki, bizə qumar
oynamağı qadağan edir. Bu iki qanuna diqqət etsək, görərik ki,