Page 176 - Islamic Studies 03
P. 176
Quranın Hərtərəfli olmaq …/ (175
başqa bir yaradılışla inşa etdik (insan halına saldıq).
Yaradanların ən gözəli olan Allah çox ucadır!
1
Allah bu ayədə insanın yaradılış mərhələsi barədə danışır. İlk
olaraq Adəm peyğəmbərin (ə) yaradılışına toxunur, daha sonra
ana bətnində insanın necə və hansı mərhələlər ilə yaradılması
barədə məlumat verir.
Diqqət etsək, görərik ki, ayədə Allah ana bətnində insan
yaradılışı üçün vasitə olan ilk murdar suya, yəni nütfəyə işarə
edir, daha sonra həmin nütfənin laxtalanmış qana
çevrilməsindən danışır. Ayənin davamında laxtalanmış qanın
ətə, ətin isə sümüyə çevrilməsini açıqlayır.
İlk baxışda bu ayə insan üçün çox da qeyri adi görsənməyə
bilər. Amma əgər bir qədər düşünüb, ayənin 1400 il bundan
qabaq nazil olmasını nəzərə alsaq, ayənin qeyri adi olduğunu,
eləcə də dərin elmi mövzular barədə xəbər verdiyini başa
düşərik.
Təsəvvür edin ki, günümüzdəki texnologiyanın olmadığı bir
dövrdə, eləcə də tibb elminin dövrümüz ilə müqayisədə çox
aşağı səviyyədə olduğu bir dövrdə, ana bətnində insanın
yaradılışı barədə məlumat verilir. Həmdə elə bir məlumat ki,
həkimlər həmin məlumatı uzun illər sonra və texnologiyanın
vasitəsi ilə öyrənib, onu təsdiq edirlər.
Yəni Quranın 1400 il bundan qabaq və heç bir cihaz
olmadığı bir dövrdə insanın yaradılış mərhələsi barədə verdiyi
bir məlumatı, uzun illər sonra həkimlər xüsusi cihazlardan
istifadə edərək təsdiqləyiblər.
Muminun, 12-14. 1