Page 256 - Islamic Studies 03
P. 256

Regionda vəhdətin önəmi/ (255


               Hazırkı  şəraitdə  İslam  dünyasının  əsas  problemi  məzhəblər
               arasında  ixtilafdır.  Böyük  Rəhbər  buyurur:  “Doğrudan  da,
               məzhəblər arasında ixtilaflı durum təəssüf yaradır. Tarix boyu

               müsəlmanların  istedadları  təfriqələrə  sərf  olunub.  Məzhəblər
               arasında qarşıdurmalar dünyanın super gücləri tərəfindən idarə
               olunur.  Bəni-Abbas  dövründən  başlayaraq  müxtəlif  əqidə

               sahiblərini  bir-biri  ilə  qarşı-qarşıya  qoyublar.  Əgər  bu
               cəmiyyətlər sülh və həmkarlıq şəraitində yaşasaydılar heç bir
               problemləri  olmazdı.  Bu  gün  də  müsəlmanları  parçalamaq
               üçün  ikiqat  təlaş  göstərirlər.  Müsəlmanların  vəhdətə  ehtiyacı

               artdıqca düşmən də öz səylərini artırır.
               Şübhəsiz  ki,  müsəlmanların  müvəffəqiyyəti  onların  ictimai
               birliyindən  asılıdır.  Əgər  müsəlmanlar  parçalansalar  qeybi

               yardımlardan məhrum olacaqlar. Ümmət Quran və Peyğəmbər
               sünnəsi,  Məsumların  həyat  yolunu  əsas  götürdükdə  qeybi
               yardımlardan  bəhrələnir.  Cənab  Rəhbər  buyurur:  “Əməli

               yaxınlaşma,  yəni  müsəlmanların  həmkarlığı  ortadakı  fərqləri
               aradan  qaldırır.  Biz  xüsusilə  İslam  İnqilabından  sonra
               cəmiyyətimizdə  şiə  və  sünnə  əhli  arasında  qardaşlığa  şahid

               olduq.  Onlar  elm,  siyasət  və  digər  sahələrdə  elə  həmkarlıq
               edirlər ki, sanki aralarında məhzəb fərqi yoxdur.”
               Şəhid  Seyid  Məhəmmədbaqir  Sədr  müsəlman  toplumuna

               ehtiram  arxasında  İslam  dəyərlərinin  dayandığını  buyurur.
               Alimin        nəzərincə,        bəzi       İslam        hərəkatlarının
               müvəffəqiyyətsizliyinin  əsas  səbəbi  onların  İslam  düzgün

               tanımamasıdır.  Şəhid  Sədr  düşünür  ki,  müsəlmanlar  yalnız
               vəhdət sayəsində böyük uğurlara imza ata bilərlər. Müsəlman
   251   252   253   254   255   256   257   258   259   260   261