Page 333 - Islamic Studies 03
P. 333

332) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)



               Qadın  öz  ərinin  evini  səliqəyə  salmaq  məqsədilə  nəyisə
               yerbəyer etdikdə , Allah Taala ona Öz nəzərini yetirər.  Allah

               taala rəhmət nəzəri ilə baxdığı heç bəndəyə əzab verməz.
               Ümmü Sələmə soruşdu :
               “Bütün  savablar  kişilərə  məxsusdur.  Yazıq  qadınlar  üçün  nə
               qalıb ki?”

               Həzrət Peyğəmbər (s) buyurur:
                -“Bəli  .  Qadın  ,  hamilə  olduqda    ,  oruc  halında  gecələri
               ibadətlə məşğul olan , malı-canı ilə Allah yolunda  cihad edən

               şəxs kimidir. Övladını dünyaya gətirdikdən sonra  onun üçün
               elə bir mükafat nəzərdə tutulmuşdur ki , əzəmət və ehtişamını
               təsəvvür belə edə bilməzsən. Övladına süd verdiyi zaman onun

               hər     qurtumu       müqabilində        İsmayıl      peyğəmbərin(s)
               övadlarından birini azad etməsinin savabı qədər savab qazanar.
               Süd  verib  qurtardıqdan  sonra  isə  bir  mələk  onun  böyürünə

               vurar və söyləyər: Həyatına yenidən (günahsız olaraq ) başla ,
               çünki bağışlanmısan.

               Qadın və uğur


               Qurani Kərim:
               “Aranızda olan subay kişi və ərsiz qadınları  əməlisaleh (yaxud

               evlənmək    həddinə  çatan  )  kölə  və  cariyələrinizi  evləndirin.
               Əgər  onlar  yoxsuldurlarsa  Allah  öz  lütfü  ilə  onları  dövlətli
               edər. Allah lütfü , mərhəməti geniş olan və hər şeyi biləndir.”

               Allahın rəsulu buyurur: “Kimə bu dörd şey qismət olsa  dünya
               və axirətin xeyir-bərəkətini qazanar.
   328   329   330   331   332   333   334   335   336   337   338