Page 334 - Islamic Studies 03
P. 334
İslamda qadın və cəmiyyət/ (333
1.Gümrah bədən
3.Zikr edən qəlb
2.Zikr edən dil
4.Saleh əməlli həyat yoldaşı.
Allahın Rəsulu buyurur:
“Ruzi həyat yoldaşı və evliliklə birgədir.
Kişinin xöşbəxtliyindən biri də ləyaqətli həyat yoldaşına sahib
olmasıdır.”
İmam Kazım buyurur:
“Xeyir –bərəkətin çoxu qadındadır.”
İmam Sadiq buyurur:
“Mömin şəxs üç şey üçün (axirətdə)hesab verməz ; yediyi
yemək, geydiyi paltar və ona günahlardan uzaqlaşmaq üçün
yardım edən ləyaqətli qadın.”
Qadın aramlığa səbəb olur
Qurani Kərim:
“Onların (qadınlar) yanında aramlıq tapasınız deyə sizin üçün
(mələklərdən , cinlərdən və başqa məxluqlardan deyil) öz
cinsinizdən zovcələr yaratması və sizin aranızda (ər –arvadın
, yaxud insanların arasında) dostluq əlaqəsi , batini mehr-
məhəbbət yaratması onun nişanələrindəndir , həqiqətən , bunda
düşünən qövm üçün (Allahın tovhidi , qüdrəti və himətinə
dair) nişanələr vardır.”
Qadınlara sevgi imandadır.