Page 336 - Islamic Studies 03
P. 336

İslamda qadın və cəmiyyət/ (335


                       “Fatimə  mənim  bədənimin  bir  parçasıdır.  Onu
               sevindirən  məni  sevindirib  və  onu  qəmləndirən  məni
               qəmləndirib, Fatimə mənim üçün ən əziz şəxsdir”


                       Ən yaxşı qadın.


                Allahın rəsulu (s) buyurur:
                “Ümmətimin ən yaxşı qadınları onların ən gözəlləri və ən az
               mehriyyə tələb edənləridir.”
                      “Dünyanın ən gözəl neməti ləyaqətli qadındır.”

               Cabir ibn Abdullah  Ənsari deyir:
               “Həzrət  Peyğəmbərin  (s)  hüzurunda  əyləşmişdik  .  Qadınlar
               haqqında və onların bəzilərinin digərlərinə nisbətən daha üstün

               olmaları barəsində söhbət edirdik. Allahın elçisi buyurdu :
               “Sizə bu haqda danışımmı?”
               Səhabələr dedilər :

                “Bəli.”
               Həzrət buyurdu:
               “  Sizin  qadınlarınızın  ən  dəyərlisi  övlad  dünyaya  gətirən  ,

               mehriban  ,  iffətli  ,  qohum  -əqraba  yanında  hörmət
               qazanmış,ərinin  qarşısında  təvazökar  və  itaətkar  olan
               qadınlardır.  Onlar  yalnız  həyat  yoldaşları  üçün  zinətlənər  ,

               başqa  kişilərə  qarşı  etinasız  olar  ,  ərinin  sözünə  baxar  ,  ona
               tabe olar , xəlvət yerdə özlərini yalnız ona təslim edərlər.”
                  Həzrət Əli (ə) buyurur:

               “Sizin  ən  yaxşı  qadınlarınız  beş  xislətə  nalikdir.  Güzəştə
               getmək  və  həyat  yoldaşına  qarşı  çox  tələbkar  olmamaq  ,
   331   332   333   334   335   336   337   338   339   340   341