Page 335 - Islamic Studies 03
P. 335

334) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)




                Allahın rəsulu buyurur:

               “Ən imanlı insanlar , xoş xasiyyəti olanlar və ailələrinə qarşı
               ən  mehriban  olanlardır.  Mən  sizlərin  arasında    ailəsi  ilə  ən
               mehriban davranan şəxsəm.”
                        “Möminlər arasında imanı ən kamil olan şəxs  onların

               ən  xoş  xasiyyətli  olanı  və  ailəsi  ilə  ən  mehriban  rəftar
               edənidir.”
                        “Bəndənin  imanı  artdıqca  həyat  yoldaşına  məhəbbəti

               də çoxalar.”

               Peyğəmbərin (s) qızlarına olan sevgisi


               Qeys  bir  gün  Məhəmməd  Peyğəmbərin  (s.)  öz  qızlarından
               birini dizinin üstündə əyləşdirdiyini gördü. Dedi:

               “Bu qoyun balası nədir ki , onu bu qədər öpürsən?”
                        Həzrət buyurdu:
               “Bu mənim qızımdır.”
                        Qeys dedi:

               “Allaha  and  olsun  !  mənim  çox  sayda  qızım  olub  ,  onların
               hamısını  diri-diri  torpağa  basdırmışam  ,  heç  birini  bu  qədər
               öpüb , əzizləməmişəm.

                       Peyğəmbər (s) qəzəblənərək buyurdu:
               “Vay  olsun  sənə!  Allah  mərhəmət  hissini  sənin  könlündən
               silib.  Allah-taalanın  insana  bəxş  etdiyi  ən  dəyərli  nemətlərin

               qədir-qiymətini anlamamısan.”
   330   331   332   333   334   335   336   337   338   339   340