Page 338 - Islamic Studies 03
P. 338

İslamda qadın və cəmiyyət/ (337


                      “Kim  Xədicə  kimi  ola  bilər?!  O  hər  kəsin  mənə  qarşı
               olduğu bir vaxtda iman gətirib , mənə himayədarlıq etdi.”
                        Allah  taala  dərgahında  dörd  seçilmiş  qadın  var:

               Məryəm, Asiya ,
               Xədicə , Fatimə.


               İslam tarixinin qəhrəman və  imanlı xanımları

               İslam tarixinin ilk şəhid xanımı –Süməyyə
               İslam  tarixinin    ilk  dövrlərində  Əmmarın  atasını  ,  yəni

               Süməyyənin  əri  Yasəri  İslamı  qəbul  etdiyinə  görə           şəhid
               edirlər. Onu şəhid edən İslam düşmənlərinin ürəkləri bununla
               soyumur . Onlar Süməyyəni də hədələyirlər:

               -“Əgər Muhəmmədi inkar etməsən , ayaqlarının hər birini bir
               dəvəyə  bağlayıb  ,  iki  tərəfə  çəkərək  səni  şaqqalayacağıq”.
               Ancaq bütün vücudu  “Allah” – deyən Süməyyəyə onların bu

               hədə-qorxusu  təsir  edərdimi?!  Elə  hey  Peyğəmbərin(s.ə.a.s)
               sözü qulağında cingildəyirdi:
               -“Yasərin ailəsi , səbr edin, sizin yeriniz Cənnətdir.”

               Nəhayət, qana susamış düşmənlər ona ağır işgəncə verməklə
               öz qəlblərini yatırtmaq qərarına gəlirlər və onu şəhid edirlər.
               Beləliklə,  onun  adı  İslam  uğrunda  canını  qurban  verən  ilk

               şəhid xanım kimi tarixin səhifələrinə yazılmış olur.
               Heç  bir  zülmdən  ,  əziyyətdən  ,  min  bir  məşəqqətdən
               qorxmayan və  heç bir zaman İslam dininin əmr etdiyi yoldan

               dönməyən  bu  xanım  kimi  digər  bir  neçə  xanım  qəhrəmanlar
   333   334   335   336   337   338   339   340   341   342   343