Page 376 - Islamic Studies 03
P. 376
İslamda qadın və cəmiyyət/ (375
potensiallarını inkişaf etdirsələr, həm ailəsinin rifahı üçün,
həm də cəmiyyətimizin inkişafı üçün əvəzsiz töhvələr verməyə
qadirdilər.
Bütün dünyada qəbul olunmuş faktdır ki, qadınların fikirləri,
istəkləri, məsləhətləri nəzərə alınmırsa, həmin dövlətdə,
bölgədə, kənddə, ailədə – tərəqqiden, yaşayış səviyyesinin
yüksəlməsindən və s. söz gedə bilməz, bu mümkün deyil.
Beynəlxalq analitiklər isbat ediblər ki, siyasi
strukturlarda qadınların təmsil olunma faizi 20 % dən az
olmamaq şərti ile təmin olunarsa, dövlətdə, iqtisadi baxımdan
səviyyəsi aşağı olan insanların vəziyyəti, təhsil və səhiyyə
sahelərinin inkişafında real dönüşlər müşahidə edilir.
Deməli tərəqqi biz qadınların əlindədir, istəsək ailəmiz
üçün də, cəmiyyət üçün də faydalı ola bilərik. Bunun üçün bir
qədər səy göstərmək tələb olunur!
Nəticə
Məqalədə İslam dinin qadın haqqında buyurduğu , əməl
edilməsi vacib olan göstərişlər haqqında məlumat verilmişdir.
İslam tarixində qəhrəman xaımların həyatı , onların
qəhrəmanlığı və şücaəti haqqında geniş məlumat verilmişdir.
Çox istərdim ki , məqalədə digər dinlərin də müqəddəs
mənbələrində qadına verilən dəyər haqqında sitatlar gətirərək
müqayisəli şəkildə araşdırma aparaq. Lakin dinimizin qadına