Page 372 - Islamic Studies 03
P. 372

İslamda qadın və cəmiyyət/ (371


               kişilərlə  bərabər  şərtlərdə  təmsil  olunmasına  nail  olmaq,
               qadınların  bərabər  əmək  haqqı  imkanlarını  təmin  etmək
               öhdəliyi  qoyur.  Qadınların  Vəziyyətinə  dair  IV  Ümumdünya

               Konfransının  Fəaliyyət  Platformasında  (Pekin,  1995-ci  il)
               göstərilir  ki,  qərarların  hazırlanmasında  qadın  və  kişilərin
               bərabərhüquqlu  iştirakı  demokratiyanı  möhkəmləndirir  və

               onun çərçivəsində fəaliyyət imkanlarını genişləndirir.


               Qədim Yunanıstanda, Afina polisində yaranmış milli idarəçilik

               ideya  və  praktikası  əvvəllər  vətəndaş  hesab  olunmayan
               qadınların  iştirakını  tələb  etmirdi.  Din  və  inkişaf  edən  bütün
               ictimai proseslər-böyük mədəni intibah, inqilablar və hüquqlar

               haqqında  qanun  kişilərin  maraqlarını  diqqət  mərkəzində
               saxlayırdı. «Azadlıq! Bərabərlik! Qardaşlıq!» kimi demokratik
               şüarlar  qadınlara  yönəldilməmişdi.  Yalnız  XIX  əsrin

               sonlarında  qadınlara  kişilərlə  bərabər  səsvermə  hüquqlarının
               verilməsi  prosesi  başlandı.  Yeni  Zellandiya  və  daha  sonra
               Avstraliya qadınlara vətəndaş statusu verən, 1893-cü ildən isə,

               onların  milli  səviyyədə  seçicilik  hüquqlarını  tanıyan  ilk
               dövlətlərdən  oldular.  Sənayesi  güclü  inkişaf  etmiş  ölkələrdə
               qadınların seçkilərdə iştirak hüququnun qüvvəyə minməsi XX

               əsrin əvvəlinə təsadüf edir.
               Qadınlar  Finlandiya  ve  Norveçdə  1906-1907-ci  ildə,
               Danimarkada  1915-ci  ildə,  Almaniya,  İsveç  və  Böyük

               Britaniyada  1918-ci  ildə  ,  ABŞ-da  1920-ci  ildə,  Fransada
   367   368   369   370   371   372   373   374   375   376   377