Page 374 - Islamic Studies 03
P. 374
İslamda qadın və cəmiyyət/ (373
Uğurun zirvəsinə çatmağa çalışan qadın liderləri sıradan
çıxaran, görünməz, lakin real maneə - şüşə tavandır. Kişilər
üçün bu cür maneə mövcud deyil. Vəziyyəti dəyişmək
məqsədilə ABŞ-da və Qərbi Avropada bir çox təşkilatlar
ictimai fikrin təzyiqi altında «bərabər imkanlar siyasəti»
adlanan siyasət həyata keçirirlər.
Ancaq aydın olur ki, bu siyasət reallıqda həyata keçirilərkən və
iş yerində kişi personalı tərəfindən müqavimətlə qarşılanır.
Qadının rəhbərlik yolunda ciddi rolu cinslərin sosializasiyası
ilə bağlı maneələr oynayır: insanların əksəriyyəti qadının aşağı
siyasi statusa malik olmasında sosial haqsızlıq görmürlər.
Qadın liderlərin keyfiyyətlər sırasına görə kişi həmkarlarından
fərqlənməməklərinə baxmayaraq, onların liderlik rolu üçün
yararsızlığı haqqında sabit təsəvvürlər mövcuddur. Dünyanın
müxtəlif ölkələrində qadınların sosiallaşması elə şekilde baş
verib və hazırda da baş verir ki, onların öz karyerasını və
siyasi cəhdlərini gücləndirən xüsusi ambisiyalar inkişaf etmir.
Qadınlar üçün liderlik məktəbi QHT olub. QHT-yə üzvlükdə
opponentlər tərəfindən bu cür qarşıdurma mövcud deyil, ona
görə ki, QHT siyasi fəaliyyətlə məşğul olmur. Qərar qəbul
edilməsində kişilərin üstünlüyü ona gətirib çıxarır ki, qadın
maraqları nəzərə alınmır. Bu, onların, onsuz da, bərabərsizliyə
malik mövqelərini zəiflədir və mövcud gender rollarının
aradan götürülməsinin qarşısını alır.
Qadınların qərar qəbulunun bütün səviyyələrində irəli
çəkilməsi – istər qadınların özündən, istərsə də dövlətdən səy
tələb edən strategiyaların işlənməsini tələb edir.