Page 373 - Islamic Studies 03
P. 373

372) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)



               1944-cü ildə , İtaliyada 1945-ci ildə , İsveçrədə 1971-ci ildə
               sesvermə hüququ qazanmışlar.

               Azərbaycanda  ilk  dəfə  qadınların  səsvermə  hüquqları  barədə
               məsələnin  1907-ci  ildə  Çar  Rusiyasının  Dumasında
               Azərbaycanın  nümayəndəsi  Xasməmmədov  qaldırmış  və
               Dumanın  müsəlmanlar  fraksiyasında  gərgin  müzakirələrdən

               sonra  müsbət  həll  olunmasına  nail  olmuşdur.  1918-ci  ildə
               Azərbaycan  Respublikası  qadınların  səsvermə  hüququnu
               tanımışdır.  İnkişaf  etmiş  ölkələrin  əksəriyyətində  qadınlar

               səsvermə  hüququnu  müstəqillik  hüququ  ilə  bir  vaxtda  əldə
               etdilər.  Lakin  qadınların  nə  vaxtdan  seçki  hüququnu  əldə
               etməsindən asılı olmayaraq, əksər ölkələrin siyasətində qadın

               liderliyi  və  qadın-kişi  partnyorluğu  problemi  həll  edilməmiş
               qalır.
               Baxmayaraq  ki,  qadınlar  seçicilərin  yarısını  təşkil  edirlər,

               onların  payına  parlamentdə  orta  hesabla  10%,  milli  dövlət
               idarələrində 6% yer düşür.
                      1994-cü  ilin  ortalarına  aid  melumatlara  görə,  qadınlar
               Nazirlər  Kabinetinin  tam  sayının  ümumilikdə  6%-ni,  inkişaf

               etmiş ölkələrdə 5%-i ve inkişaf etmiş sənaye ölkəlerində 8%-i
               təşkil  edirdilər.  Bu  göstəricilərə  göre,  birinci  yeri  Finlandiya
               (39%),  ikinci  yeri  Norveç  (35%),  üçüncü  yeri  İsveç  (34%),

               dördüncü yeri Hollandiya və Seyşel adaları tutur (31%). 1995-
               ci  ilin  əvvəlində  dünyada  ilk  dəfə  İsveçdə  hər  iki  cinsin
               nümayəndelərinə qarşı təmamilə bərabər münasibətli Nazirlər

               Kabineti formalaşdırıldı.
   368   369   370   371   372   373   374   375   376   377   378