Page 375 - Islamic Studies 03
P. 375
374) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
Deyilənlərdən belə qenaətə gəlmək olar ki, qadın lider
ola bilər. Ancaq bunun üçün o, ilk növbədə öz hüquqlarını
bilməli və onlardan öz fəaliyyətlərində düzgün istifadə
etməlidirlər.
Azərbaycan Respublikasında qadın hüquqlarını qoruyan
gözəl qanunlar möcuddur və bu qanunların icrasına nəzarət və
icra edən qurumlar da hesabda işləyir. Ancaq buna
baxmayaraq bir çox rayon ve kəndlərimizdə qadın hüquqları
tapdalanır və bütün bu dözülməz haqsızlıqlar mili mentalitet
adında qələmə verirlir.
Bizim təlimimizin məqsədi, insan şüurunda müəyyən dönüşün
təməlini qoymaq ve gələcək nəslin, milli mədəniyyət
ənənələrimizi qoruyub saxlayaraq, daha proqressiv inkişaf
istiqametində addımlamaq imkanını yaratmaqdır.
Hər bir müsəlman üçün müqəddəs sayılan “Qur’ani Kərim” də
qadın hüquqları lazımı səviyyədə əks etdirilib və müqəddəs
hesab olunur. Qadın özü də müqəddəs varlıq kimi təsvir edilir
və kişi qadını həmişə qorumalı və onunla hesablaşmalıdır.
Azərbaycan qadınlarının güclü potensialı olduğunu esirlər
boyu bütün dünyaya çatdıran minlərlə qadın siyasətçilərimiz,
alimlərimiz, mədəniyyət və incəsənət xadimələrimiz olmuşdur.
Müasir dövrdə də Qadınlarımız istənilən sahələrdə çalıçaraq öz
məharətlərini göstərirlər və göstərəcəklər, ancaq onların ailə
tərəfindən dəstəklənməsi və başa düşülməsi respublikamızın
hər bölgəsində eyni səviyyədə deyil.
Yuxarıda göstərilənləri nəzərə alsaq, kişilər qadınlara daha çox
imkan, şərait yaratsalar, və qadınlar öz güclərinə inanıb,