Page 11 - Islamic Studies 04
P. 11
10) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, Dördüncü buraxılış (Bahar-Yay/2023)
ilk 5 kitabına Tövrat adı verildi. Bəzən Tövrat dedikdə, bütün
yəhudi qanunu və ya bütün Əhdi-Ətiq nəzərdə tutulur.
Tövrat Tanaxın ilk beş fəslinə verilən addır. Onlara Musanın
Beş Kitabı da deyilir.
Ancaq bu kitabların yazılması, 1500-cü illərdə yaşadığı güman
edilən Musa ilə tarixi əlaqəsi şübhəlidir.
Kitablar Yaradılış və Daşqın kimi fəsillərdə Şumer
mifologiyasına dair çoxsaylı izahatları ehtiva edir və bu
hekayələrin bir neçə əsrlər ərzində (bəziləri Babil
sürgünündən qayıtdıqdan sonra) yəhudi ruhaniləri tərəfindən
yazıldığı güman edilir.
Yəhudilərin Müqəddəs Yazıları 39 kitabdan ibarətdir.
Yəhudilər bunlara Tanax (ּך"ַנת) deyirlər. Tanax üç hissədən
ibarətdir: Tövrat (ה ָרוֹת Tora), Peyğəmbərlər (םי ִאי ִבְנ Nəviim) və
Yazılar (םי ִבוּתְכ Kətuvim). "Tanax" adı bu üç hissənin ibrani
dilindəki baş hərflərinin birləşməsindən meydana gələn sözdür
(Ta-Na-X).
Xristianlar bu kitablara Əhdi-Ətiq deyirlər. İslamda bu
kitablar "Tövrat və Zəbur" adı altında qəbul edilir. Lakin daha
xüsusi bir mənada Tövrat dedikdə Musanın beş
kitabı, Zəbur dedikdə isə Davudun Məzmurları nəzərdə
tutulur.
Tövrata 5 kitab daxildir: Yaradılış, Çıxış, Levililər, Saylar,
Qanunun Təkrarı.