Page 12 - Islamic Studies 04
P. 12
Qadınların ictimai mövqeyi “Əhdi-qədim” də (11
Yaradılış: İki hissədən ibarətdir: birinci hissədə dünyanın
yaranması və bəşərin qədim tarixindən, ikinci hissədə isə İsrail
xalqının əcdadlarından bəhs olunur.
Çıxış: Allahın “xalqının” Musanın rəhbərliyi altında Misir
köləliyindən çıxmasını nəql edir.
Levililər: Qədim İsrailin ibadət və dini mərasimlərindən bəhs
edir.
Saylar: Burada İsrail xalqının Sina səhrasında dolaşması və
Kənan torpağına daxil olmağa başlaması təsvir olunur.
Qanunun Təkrarı: Musanın xalqa verdiyi qanun və əmrləri və
bu böyük peyğəmbərin ölümünü nəql edir.
Tövratın əsas surətləri "bütün imanlıların atası" İbrahim
peyğəmbər və İsrail xalqının dini və ictimai quruluşunun
əsasını qoyan böyük rəhbər Musa peyğəmbərdir.
Yəhudilik xristianlıq kimi qədim İbrahim dinidir. Bu
terminlərə Tövrat, Talmud, Tanax və s. daxildir. Tövrat və
Talmud arasında həm oxşarlıqlar var, həm də bu yazıda
vurğulanacaq fərqlər vardır.