Page 16 - Islamic Studies 04
P. 16
Qadınların ictimai mövqeyi “Əhdi-qədim” də (15
dünyanın yaranmasından öncə var idi; yardımçısı yoxdur. 3.
Bu aləm sonradan yaradılmışdır, hadisdir (yenidir). 4. Allah
Musaya və Tanahda adı keçən bütün peyğəmbərlərə xitab
etmişdir. 5. Musanın qoyduğu qanunlar haqdır. 6. Tövratın
dilini bilmək dini vəzifədir. 7. Qüdsdəki Məbəd dünya
"İdarəçisi"nin məqamıdır. 8. Məsihin gəlməsini və yenidən
dirilməni gözləmək haqdır. 9. Hesab günü vardır. 10. Bu
hesabdan sonra mükafat və cəza haqdır.
Qarailərdə ibadət gündə səhər və axşam olmaqla iki dəfə
fərzdir. Aprel ayının 13-dən başlayan 70 günlük orucları
vardır. Bu gün kiçik bir qrup Misirdə və İsraildə
yaşayır. Xəzər türklərindən az bir qrupu da qaraimdir. Ancaq
onlar türklük xüsusiyyətlərini davam etdirir və özlərini türk
qəbul edirlər. Türkcə Tövratları vardır və türk mədəniyyətinə
aid özəlliklərini yaşadırlar.
İsəviyyə adını qurucusu Əbu İsa İshaq ibn Yaqub əl-
İsfahanidən almışdır. Əbu İsa xəlifə Mənsur zamanında
yaşamış, son əməvi xəlifəsi Mərvan ibn Muhəmməd əl-
Xammar zamanında öz ideyalarını yaymağa
başlamışdır. Yəhudilərin böyük əksəriyyəti onun ardınca
getmişdir. O özünün gözlənən Məsih olduğunu, yəhudiləri
xilas etmək üçün Allah tərəfindən göndərildiyini irəli
sürmüşdür. Yəhudilərin gündə üç dəfə olan ibadətini yeddiyə
çatdırmış, Qüdsdən ayrı düşdükdə ət yeyib şərab içilməsini
yasaqlamışdır.