Page 15 - Islamic Studies 04
P. 15

14) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, Dördüncü buraxılış (Bahar-Yay/2023)

               Talmud: Tövratın şifahi komponenti Talmud olaraq bilinir.


               Tövrat: Musanın beş kitabı adlanan beş kitabdan ibarətdir.




               2.2. İslamdan sonrakı yəhudi məzhəbləri


                  Orta  əsr  İslam  dönəmində  yəhudi  dünyasında  iki  böyük
               yəhudi  məzhəbi  vardı. Bunlardan  biri  fərisiliyin  davamı  olan
               rəbbani  yəhudilik,  digəri  isə  bu  məzhəbin  qarşısında

               yer alan və qismən saduqi görüşlərini mənimsəyən qarailikdir.

               Rəbbani  yəhudilik  miladdan  sonra  V  əsrdə  Talmud

               çalışmalarının  tamamlanmasından  sonra  təşəkkül  tapıb,
               fərisiliyin bir davamıdır. Onlar Tövratdan çox Talmuda önəm
               vermiş, Tövratı sadəcə ibadət sahəsi kimi məhdudlaşdırmış və
               yeganə şəri qaynaq Talmudu saymışlar.


               Qarailik rəbbani yəhudiliyə müxalif olan və kiçik bir qrup olsa
               da,  bu  gün  varlığını  davam  etdirən  bir  məzhəbdir. İbranicə

               olan  "qaraim"  ərəb  dilindəki  "qiraət"  (oxu)  sözü  ilə  eyni
               anlamdadır. Tanahı  çox  oxumalarına,  Talmudu  və  digər
               rəbbani  əsərləri  qəbul  etməmələrinə  görə  bu  məzhəb

               mənsublarına  "qaraim"  adı  verilmişdir. Rəbbani  yəhudiliyə
               qarşı çıxdığı üçün buna heretik (kafir) bir məzhəb deyənlər də
               olmuşdur. Qurucusu  XIII  əsrdə  İraqda  yaşamış  Anan  ben

               David  hesab  olunur. Məzhəb  əvvəlcə  ananiyə,  daha  sonra
               Tanahı       çox      oxuduqlarına        görə       qaraim      adını
               almışdır. Qarailərin  inanc  əsasları on əmr  sayında  olub

               bunlardan ibarətdir: 1. Bütün varlıqları yaradan Allahdır. 2.O,
   10   11   12   13   14   15   16   17   18   19   20