Page 149 - Islamic Studies 04
P. 149
148) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
Giriş
Müqəddəs kitabımıza nəzər saldıqda, əxlaq mövzusunda həm
fərdi və ictimai yönə üstsnlük verildiyini görürük. İnsanın
şəxsiyyəti, davranışı daha çox bəyan olunur.
İnsanın həqiqəti açıqlandıqdan sonra onun təqva, ixlas, ədalət
doğruluq və bu kimi mənəvi sifətlərinə toxunulur. Bu
xüsusiyyətləri mənimsəməkdən ötrü insan mənəvi aləmini
tərbiyə etməlidir. İnsanlığın əsası bu prinsip üzərində
qurulmuşdur. Mənəvi dunyamızı tərbiyələndirməklə, sosial
həyatda ictimai menasibətlər düzgün tənzimlənəcəkdir.
Dinimizin Tovhid əqidəsi ədalətdən ayrı olmadığından,
dünya və axirət əlaqəsi də ayrılmazhissədir. Nəfsin
paklanması ilə Allaha yaxınlıq əlaqəsi bir birini tamamlayır.
Nəfsi paklaşdırmaqla Allaha yaxınlaşmaq, Allahı tanımaqla
nəfsin psaflaşdırılmasına nail oluruq. Bir sözlə, bütün və
kamil lan dinimiz, iman, ibadət və əxlaq bütünlüyünü öz
pərəstişkarlarına tövsiyə edir.
“Xalis və doğru olan dinə tərəf üz tut! Bu İlahi fitrətdir.
Allah insanları onun əsasında yaratmışdır. Allahın
yaradılışında heç bir dəyişkənlik yoxdur. Möhkəm din budur,
lakin insanların əksəriyyəti (bunu) bilmirlər.”
“Əxlaqda qeyd olunan “pis” və “yaxşı” məfhumları insanın
ixtiyari işləri ilə həmin işlərin son nəticəsi arasındakı əlaqə
növünü göstərir. İnsanın hər hansı işi onun son xeyir məqsədi
ilə müsbət əlaqədədirsə, həmin iş “yaxşı”, mənfi əlaqədədirsə
“pis” sayılır.
İdrak - Obyektin özünün və ya əksinin insan varlığında hazır
olması ilə yaranan şüurlu aktiv prosesdir və bu prosesdə insan
varlığında yer alan obyekt, yaxud onun əksi, bilik adlanır.