Page 150 - Islamic Studies 04
P. 150
Dinə söykənən əxlaq/ (149
Fəzilətlərin ən üstünü, kamalın ən son həddi məhz ədalətdir.
Ədalət varsa, deməli, bütün fəzilətlər də vardır. Ədalətin əksi
zülmdür, zülm də bütün qəbahətləri özündə toplayır. Ədalət də
elə bir xüsusiyyət, elə bir keyfiyyətdir ki, onun sayəsində
bütün işlər normal həddə tənzimlənir, insanın nəfsindəki
müxtəlif qüvvələr arasında uyğunluq yaranır, qüvvələrdən biri
digərinə qarşı çıxmır.
Əxlaqın həqiqəti
Əxlaqın həqiqəti dedikdə, insanın yaradılış məqsədi olan
Allaha yaxınlıq və kamillik zirvəsi nəzərdə tutulur. Bildiyimiz
kimi insanın həqiqəti onun ruhudur. İnsan ruhunu, nəfsini nə
qədər yaxşı tanıyarsa, bir o qədər Allahı tanıyar və ona
yaxınlaşmış olar. Necə ki hədisi-şərifdə deyilir: “Mən ərəfə
nəfsəh fə ərəfə rəbbəh” – hər kəs özünü tanısa Allahını da
tanıyar. Allaha yaxınlıq insan yaradılışının ən ömdə
prinsiplərindəndir. Onun kamillik dərəcəsinə çatıb, ilahi
feyzd\n bəhrələnməsi məhz həqiqəti tanımaqla başlanır.
Həqiqət Allahın varlığına yeganəliyinə inanıb, ona
yaxınlaşmaqdır. Həqiqi səadət budur. Qüdrətli məbud insana
məhəbbətlə nəzər salıb onu öz mərhəmətinə qərq etsin.
Bildiyimiz kimi tarix boyu bütün bəşəriyyət həqiqətin
axtarışında olmuş, ona yaxınlaşma üçün daim hərəkətdə
olmuşlar. Hətta bütpərəstlər belə Allaha yaxınlaşmaq üçün
müəyyən ayinlər yerinə yetirirdilər. Bu haqda Quranda
oxuyuruq:” Biz bütlərə yalnız Allaha yaxınlaşmaq üçün ibadət
edirik. Ayə Məkkə müşrüklərinin dilindən deyilir.
Ən yaxın yol və ən dəqiq yolu bizə elə ilahi vəhy göstərir.
Bilirik ki insan əqli bəzi məsələləri dərk edir amma bəzi