Page 154 - Islamic Studies 04
P. 154

Dinə söykənən əxlaq/ (153


               başladı  ki,  insan  ağlı  dini  hökmlərə  və  qanunlara  müraciət
               etmədən, işlərin yaxşı və ya pis olduğunu dərk edə bilərmi? Bu
               problemi  digər  formada  da  ortaya  qoymaq  olar:  “İnsanın
               yerinə yetirdiyi işlərin Allah tərəfindən pis və ya yaxşı olması
               göstərilməsə,  həmin  işlər  öz-özlüyündə  zati  olaraq  pis  və  ya
               yaxşı adlana bilərmi? ”
                 Göründüyü  kimi,  müsəlman  dünyasında  sxolastik  bəhslərin
               formalaşdığı  ilk  çağlarda  dinin  əxlaqla  qarşılıqlı  münasibəti
               əsas müzakirə obyektinə çevrilmişdi. Həmin vaxtlar məsələnin
               öz  həllini  tapmasında  müsəlman  mütəfəkkirlər  tərəfindən  iki
               yol təklif edildi: əşərilik və mötəzililik.
                 Əşərilik  cərəyanı  işlərin  yaxşı  və  pisliyinin  tam  şəkildə
               Allahdan  asılı  olduğunu,  mötəzililik  (xüsusilə  də,  imamilik)
               təlimləri isə bütün işlərin deyil, bəzi işlərin yaxşı və pisliyinin
               ağıl tərəfindən dərk edildiyini bildirmişlər.
                  İndi din və əxlaq münasibətləri barədə irəli sürülən həmin iki
               görüşlə, daha sonra isə digər müsəlman filosofların bu haqdakı
               fikirləri ilə tanış olacağıq.



               Əşərilik
                 Kəlam  elmində  əsas  qollardan  biri  kimi,  hicri  tarixi  ilə  IV
               əsrin  əvvəllərində  Əbülhəsən  Əl-Əşəri  tərəfindən  yaradılan
               əşərilik    dini-fəlsəfi  təlim  kimi  tanınır.  Əslində  bu  məktəb
               həmin  dövrdə  İslam  sxolastikasının  digər  fəal  cərəyanı  olan
               mötəzililik ilə   mübarizə şəraitində yeni kəlam məktəbi kimi
               formalaşdı. Sözügedən məsələnin (“işlərin yaxşı-pisliyinin zati
               olub  -olmaması  və  bunun  müstəqil  ağıl  qüvvəsi  tərəfindən
               edilib-edilməməsi”)  əşərilik  məktəbi  tərəfindən  izahına
   149   150   151   152   153   154   155   156   157   158   159