Page 144 - Islamic Studies 04
P. 144
Quranın reallıqlar ilə uyğunluq baxımından möcüzə olması (143
olur. Biz insana buyurduq: “Mənə və ata-anana şükr et. Axır
1
dönüş Mənədir!””
Ana südü
Ana südü körpənin qidaya olan ehtiyacını qüsursuz olaraq
ödəmək və uşağı mümkün infeksiyalardan qorumaq üçün
Allah`ın yaratdığı bənzərsiz bir nemətdir. Çağdaş dövrün
texnologiyası əsasında istehsal edilən uşaq yeməkləri də bu
möcüzəli qidanın yerini verə bilmir.
Ana südünün uşaq üçün zəruri olan faydalı cəhətlərinin
siyahısına zaman keçdikcə yeni-yeni məqamlar əlavə edilir.
Elmin ana südü ilə bağlı yenicə kəşf etdiyi həqiqətlərdən biri
də uşağın ana südü ilə iki il ərzində qidalandırılmasının çox
faydalı olmasıdır. Elmin yeni kəşf etdiyi bu mühüm məsələni
Allah bizə “(uşağın süddən) kəsilməsi isə iki il ərzində olur…”
2 ayəsi ilə hələ 14 əsr əvvəl məlumat vermişdi.
Yuxarıda nəzərdən keçirdiklərimiz bizə bir daha sübut edir
ki, Quran bütün məzmunu həqiqi olan bir kitabdır. Onun
ayələrində insanların onun nazil edildiyi dövrdə bilə
bilməyəcəyi həqiqətlər xəbər verilib. Əlbəttə ki, bunların
hamısı, bu müqəddəs kitabın insan sözü olmadığının
təkzibedilməz bir sübutudur. Quran hər şeyi heç nədən yaradan
və özünün bütün yaratdıqlarına bələd olan Allah-talanın
sözüdür.
Ayələrin birində Allah belə buyurur: Onlar Quran barəsində
düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı,
3
əlbəttə, onda çoxlu ziddiyyət tapardılar”.
Loğman , 14 . 1
Bəqərə, 233. 2
Nisa, 82 . 3