Page 153 - Islamic Studies 04
P. 153

152) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)

                 Bu  üç  sahəni  nəzərdən  keçirsək,  görərik  ki,  əqidəyə  aid
               məsələlər praktiki məsələlər deyil, yəni birinci sahədə yalnız
               bu  əqidələrə  sarılmaq  və  onlara  səmimiyyətlə  inanıb,  dildə
               etiraf  etmək  tələb  olunur.    Fiqh  və  əxlaq  məsələlərinin
               məzmunu  isə  fərqlidir,  çünki  bu  iki  sahədə  bir  sıra  İlahi
               qanunlar  və  dəyərlərə  istinad  edən  qaydalarla  üzləşirik.
               Məsələn,  namaz qılmağın vacib olması,  özünü başqalarından

               üstün tutmağın pis olması kimi digər fiqhi və əxlaqi təlimlər
               təkcə inanılası əqidələr yox, həm də İlahi  qanunlar və dəyərlər
               toplusuna aid olan əməllərdir. Deməli, İslam dini özündə həm
               həqiqətləri, həm də dəyərləri əhatə edən bir dindir.
                Əxlaq    İslam  dininin  əsas  sütunlarından  biri  olduğu  üçün,
               əxlaqın  da  tərifinə  diqqət  etməliyik.  Beləliklə,  “Əxlaq”  xülq
               sözünün  cəm  formasıdır:  xəlq  və  xülq    sözləri  ərəb  mənşəli
               olub,  eyni  kökdən  götürülmüşdür,  lakin  məna  etibarı  ilə  bu
               sözlər bir-birindən fərqlənir: “xülq” daxili xüsusiyyəti,  “xəlq”
               isə zahiri formanı nəzərdə tutur. İnsanlarda müşahidə olunan
               hər bir daxili keyfiyyət, əməl və hərəkət  əxlaq və əxlaqi rəftar
               adlanır.
               Müsəlman  mütəfəkkirlərinin  “Din  və  Əxlaq”  barədə
               görüşləri
                  İslam  filosofları  və  sxolastları    (mütəkəllimləri)  arasında
               hicri IV və V əsrlərdə geniş yayılmış “işlərin yaxşı-pisliyinin
                   1
               zati  olub-olmaması və bunun müstəqil ağıl qüvvəsi tərəfindən
               edilib-edilməməsi”  bəhsi  əslində  din  və  əxlaq  mövzusunun
               ilkin təzahürü idi.
                Həmin bəhsin mahiyyəti haqqında bunu demək olar ki,  İslam
               sxolastikasının erkən çağlarında, yəni  hicri IV və V əsrlərdə
               mütəkəllimlər  arasında  belə  bir  məsələ  müzakirə  olunmağa


               1. Ərəbcədir:  1. Əsil, mənşə, mahiyyət, kök, nəsil, nəsəb.  2. köhn. Şəxs,
               adam, şəxsiyyət, sima. 3. Özü, öz nəfəsi, öz varlığı.
   148   149   150   151   152   153   154   155   156   157   158